FİFA üç klubu cəzalandırdı

FİFA üç klubu cəzalandırdı
XƏBƏR 19 Aprel 2018 / 17:30 2721
-  A +

FİFA-nın İntizam Komitəsi üç klubu cəzalandırıb.

Qol.az-ın qrumun saytına istinadən yaydığı xəbərə görə, Portuqaliyanın “Benfika” və “Sportinq”, İspaniyanın “Selta” klublarını cərimələnib.

Sözügedən klublar transfer reqlamentini pozub. Onlar futbolçularla, 3-cü şəxslərə klubların işinə və müstəqilliyinə təsir imkanı yaradan müqavilələr bağladıqları üçün sanksiyalara məruz qalıblar.

“Benfika” 150, “Sportinq” 110, “Selta” 65 min İsveçrə frankı cərimələnib.


Son xəbərlər