“Barselona” Umtitinin qiymətini qaldırır – 250 milyon

“Barselona” Umtitinin qiymətini qaldırır –  250 milyon
XƏBƏR 19 Aprel 2018 / 16:53 3131
-  A +

“Barselona” futbolçusu Samuel Umtiti ilə müqaviləni yeniləmək üçün danışıqları davam etdirir.

Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, ilk 2 cəhdi uğursuz alınan Kataloniya klubu fransız futbolçu ilə ortaq məxrəcə gəlməyə çalışır.
 
Digər tərəfdən isə “Barselona” rəhbərliyi 24 yaşlı müdafiəçi üçün müəyyənləşdirdikləri 60 milyon avroluq təzminat qiymətini 250 milyona qaldırmaq istəyir.

Qeyd edək ki, Umtitinin hazırkı müqaviləsinin müddəti 2021-ci ilə kimidir.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı