"Final Bakıda olsa, onda da "Keşlə"nin meydanı sayılacaq" - Ramin Musayev

"Final Bakıda olsa, onda da "Keşlə"nin meydanı sayılacaq" -  Ramin Musayev
ÖLKƏ FUTBOLU 19 Aprel 2018 / 12:27 3357
-  A +

"Kim güclüdürsə, o da qalib gəldi. Bizim nə gözlədiyimizdən asılı olmayaraq, fakt odur ki, "Qəbələ" və "Keşlə" finaldadır. Deməli, bu komandalar finalaya layiq idi".

Bu sözləri Qol.az-a açıqlamasında Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab oyunlarını dəyərləndirərkən deyib.

Ötən gün "Neftçi" üzərində qələbə qazanaraq (3:1) finala adlayan "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərə açıqlamasında finalın Qəbələdə - onların meydanında olmasını istəmədiyini və buna görə PFL-ə müraciət edəcəklərini bildirib. Bu fikirlərə münasibət bildirən PFL rəhbəri isə final oyununun yerini dəyişdirməyin mənasız olduğunu qeyd edib:

"Onlar finala çıxdıqları üçün belə bir fikrə gəliblər. Ancaq "Qəbələ" hələ finala vəsiqə qazanmamışdan əvvəl bildirmişdik ki, final Qəbələdə olacaq. Bakıda da keçirsək, onda "Keşlə"nin meydanı sayılacaq. Fərqi nədir ki? "Qəbələ" bizə müraciət etməyib, heç buna ehtiyac da yoxdur. Final Qəbələdə olacaq.

Əslində kubokun filal oyununu neytral yer kimi Gəncədə keçirmək fikrimiz var idi. Ancaq Gəncə şəhər stadionunun işıqlandırma sistemi ilə bağlı problem olduğuna görə bu plan baş tutmadı".

Daha çox


Son xəbərlər