"İnsidentə görə üzr istəyirəm" - Yuri Maksimov

"İnsidentə görə üzr istəyirəm" -  Yuri Maksimov
GÜNDƏM 18 Aprel 2018 / 19:30 4107
-  A +

"İlk növbədə, insidentə görə üzr istəyirəm. Sadəcə, sürüşmə fəndi zamanı sakitləşdirici mövqe tutdum. Bilirdim ki, onların qarşısını almasam, daha böyük insident baş verə bilər. Necə ki, eyni hal "Qarabağ"la görüşdə olmuşdu. Hadisə önümdə baş verdiyi üçün özümü saxlaya bilmədim".

Qol.az-ın Sportnet.az-a istinadən yaydığı xəbərə görə, bunu "Keşlə"nin baş məşqçisi Yuri Maksimov səfərdə "Sumqayıt"la 1:1 hesablı heç-heçə edərək, finala yüksəldikləri Azərbaycan kubokunun yarımfinal matçından sonra mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis daha sonra jurnalistlərin suallarını cavablandırıb...

- "Keşlə"də istənilən halda qalmayacağınızı demisiniz. Finala yüksəldikdən sonra da fikrinizdə qalırsınız?

- Komanda oynayanda hər şey yaxşı gedir. Əks halda, müəyyən problemlər ortaya çıxır. Mən perspektivə oynayıram. Müqaviləm mövsümün sonunadəkdir.

- Amma klub prezidenti Zaur Axundov müqavilənizə baxılmanızın mümkünlüyünü bildirdi...

- Açığı, məşqçi işi elədir ki, daim gərginlikdə olursan. Bu gün mətbuat konfransında mənəmsə, sabah başqası otura bilər. Bir növ elektrik stulunda oturana bənzəyirsən.

- Finalda kimi rəqib kimi görmək istərdiniz?

- İstərdim ki, finalda "Qəbələ" ilə qarşılaşaq. Çünki Roman Qriqorçuk mənim həmyerlimdir. Ukrayna çempionatında da üz-üzə gəlmişik. Aramızda intriqalar da, söz-söhbətlər də olub.

- İndiyədək Azərbaycanda heç bir ukraynalı baş məşqçi kubok qazana bilməyib...

- İndiyədək iki dəfə finalda oynamışam. Bu, “Bavariya”ya qarşı olub. Birində udmuşuq, digərində uduzmuşuq. Bu dəfə isə inanıram ki, qalib gələ biləcəyik.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın