"Qəbələ"də 2 ciddi itki - "Neftçi" ilə oyun öncəsi

"Qəbələ"də 2 ciddi itki - "Neftçi" ilə oyun öncəsi
XƏBƏR 17 Aprel 2018 / 17:25 3461
-  A +

Ölkə kubokunun yarımfinal mərhələsinin "Neftçi" ilə cavab oyunu öncəsi "Qəbələ"nin heyətində 2 itki var.

Klubdan Qol.az-a verilən məlumata görə, Topaz Premyer Liqanın 21-ci turunun "Sumqayıt"la oyununda zədələnən müdafiəçi Vitali Vernidub sabahkı görüşü də buraxacaq. Digər zədəli Dmitri Bezotosnının durumu isə hələlik qeyri-müəyyəndir. Onun "ağ-qaralar"la vacib oyunda meydana çıxıb-çıxmayacağı sual altındadır.

Qeyd edək ki, "Neftçi" - "Qəbələ" matçı saat 20:00-da başlayacaq. Bu komandalar arasında Qəbələdə keçirilən oyunda paytaxt təmsilçisi 2:1 hesablı qələbə qazanmışdı.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki