"Spirtli içki ilə bağlı problemim olmayıb" – Popoviç

"Spirtli içki ilə bağlı problemim olmayıb" – Popoviç
ÖLKƏ FUTBOLU 17 Aprel 2018 / 12:14 3293
-  A +

U-17, U-19, U-21 və əsas millimizin sabiq üzvü Andrey Popoviç Qol.az-a müsahibə verib. Vaxtı ilə ölkəmizdə "Bakı", "Sumqayıt", "Turan Tovuz" və "Qəbələ" kimi komandaların formasını geyinmiş, tez-tez spirtli içki qalmaqalı ilə gündəmə gələn ukraynalı milliləşdirilmiş qolkiper Azərbaycandan ayrılmasının səbəblərini açıqlayıb.

- Ölkəmizi tərk etdikdən sonra nə işlə məşğul olursunuz?

- Hazırda doğma şəhərimin təmsilçisi olan "Minay" klubun oynayıram. Bu komanda həvəskar liqasında çıxış edir. Yeni mövsümdən isə 2-ci liqada mübarizə aparacaq.

- Azərbaycan üçün darıxırsınız?

- Nə gizlədim, hə, arada bir az darıxıram.

- Bəs Premyer Liqamızın oyunlarını izləyirsiniz?

- Əlbəttə, tez-tez çempionat oyunlarına baxıram. Vaxtım olmayanda isə icmallara baxıram.

- Azərbaycandan kimlərləsə əlaqə saxlayırsınız, yaxud da kimlərsə sizi axtarır?

- Açıq danışsaq, ölkənizdən ayrılandan sonra nadir hallarda kimlərləsə ünsiyyətdə oluram. Demək olar ki, əlaqə tam kəsilib.

- Ölkəmizdə son klubunuz "Qəbələ" olub. Ümumiyyətlə, niyə burda qalıb oynamadınız? Təklif olmadı, yoxsa necə?

- Bəli, həm vaxt Azərbaycan klublarından təklif gəlmədi. Ona görə də Avropaya getmək istədim. Amma alınmadı.

- Dediniz ki, Premyer Liqamızın oyunlarını izləyirsiniz. Sizcə, çempionatın hazırkı səviyyəsi necədir?

- Mən hələ "Sumqayıt"da çıxış edərkən çempionat daha güclü idi. İndi isə "Qarabağ" bütün titulları qazanır. Artıq neçə ildir ki, hamını məğlub edir və heç bir komanda onlarla rəqabət apara bilmir. Bu isə yaxşı hal deyil.

- Aşağı yaş qrupları və əsas millimizin də formasını geyinmisiniz. Ancaq sonrada yığmaya dəvət almadınız. Bu, nə ilə bağlıdır?

- "Qəbələ"də az oynadığım üçün milliyə çağırmadılar. İndi isə Ukraynada daimi oynayıram. Əla formadayam. Amma çətin ki, həvəskar komandanın qapıçısına dəvət göndərələr.

- Ötən ilin sonların Robert Prosineçki ilə yollar ayrıldı və "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanov millinin sükanı arxasına keçdi. Bu təyinata da münasibətinizi bilmək maraqlı olardı...

- Düşünürəm ki, AFFA çox düzgün seçim etdi. Qurban Qurbanov top-məşqçi olduğunu çoxdan sübut edib.

- Ölkəmizdə çıxış edərkən tez-tez adınız içki qalmaqalında hallanırdı. Buna görə məşqlərə, oyunlara gəlmədiyiniz haqda çox yazılıb...

- Yox, bu doğru deyil. Heç vaxt spirtli içki ilə bağlı problemim olmayıb. Sadəcə, insanlar yazmağa mövzu tapmayanda bu söz-söhbətləri ortaya atırdılar.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı