"Çempionlar Liqasının qalibi olmağı seçərəm" - Salah

"Çempionlar Liqasının qalibi olmağı seçərəm" - Salah
XƏBƏR 16 Aprel 2018 / 22:07 4663
-  A +

"Liverpul"un futbolçusu Məhəmməd Salah "Qızıl buts" mükafatı uğrunda mübarizədə lider olmasına münasibət bildirib.

Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, misirli hücumçu fərdi mükafatdansa, komandasının uğurunun önəmli olduğunu vurğulayıb: "Lider olmaq gözəl hissdir. Komandama kömək etmək üçün qollar vururam və buna görə də xoşbəxtəm. Əgər Çempionlar Liqası ilə "Qızıl buts" arasında seçmim etmək məcburiyyətində qalsam, şübhəsiz, Çempionlar Liqasını seçərəm. Bu turnirin qalibi olmaq möhtəşəm uğur olar".

30 qolla İngiltərə Premyer Liqasının ən yaxşı bombardiri olan Salah bildirib: "Yalan söyləməyəcəm, çempionatın ən yaxşı bombardiri olmaq istəyirəm. Komanda yoldaşlarım mənə ötürmə verərək kömək etməyə çalışır".

Qeyd edək ki, M.Salah bu mövsüm 45 oyunda 40 qol vurub.

Əlavə edək ki, "Liverpul" ÇL-in yarımfinalında "Roma" ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord