“Barselona”da oynadığım ilk vaxtlar utanırdım” - Neymar

“Barselona”da oynadığım ilk vaxtlar utanırdım” -  Neymar
XƏBƏR 16 Aprel 2018 / 17:05 5273
-  A +

PSJ-nin hücumçusu Neymar Lionel Messi ilə münasibətlərindən danışıb.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, braziliyalı futbolçu “Barselona”da çıxış edərkən Leonun ona çox dəstək olduğunu söyləyib:

“Oyunlardan birinin fasiləsində Messi gördü ki, ağlamaq istəyirəm. Çünki ilk hissədə oyunum heç alınmamışdı və özümü çox pis hiss edirdim. Bu vaxt Leo mənə yaxınlaşdı və özüm olmağımı istədi. Dedi ki, öz oyununu oyna və heç nədən qorxma”.

Neymar “Barselona”da oynadığı ilk vaxtlarda təzyiq altında olduğunu, hətta utandığını bildirib: “Bu qədər ulduzu olan komandada özümü təzyiq altında hiss edirdim. Hətta utanırdım. Amma Messi ilə söhbətimdən sonra özümə inanmağa və əsl gücümlə oynamağa başladım. O gündən aramızda möhkəm dostluq münasibətləri yarandı”.

Qeyd edək ki, Neymar 2013-2017-ci illərdə “Barselona”da çıxış edib.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord