Millilərimiz üçün daha bir rəqib

Millilərimiz üçün daha bir rəqib
ÖLKƏ FUTBOLU 16 Aprel 2018 / 16:11 3087
-  A +

Azərbaycan milli komandasının daha bir yoldaşlıq oyunu keçirəcəyi müəyyənləşib.

Qol.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, komandamız iyunun 5-də Astana şəhərində Qazaxıstanla qarşılaşacaq.

Bu razılaşma çərçivəsində milli komandaların oyunundan 1 gün əvvəl – iyunun 4-də, Astanada
Qazaxıstan və Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmaları yoldaşlıq oyununda üz-üzə gələcək.

U-21-lərin oyunu Bakı vaxtı ilə saat 13:00-da, əsas milli komandaların qarşılaşması isə saat 18:00-da başlayacaq.

Maraq üçün bildirək ki, millimizin sabiq hücumçusu, hazırda baş məşqçisi olan Qurban Qurbanov komandamızın heyətində ilk qolunu Qazaxıstanla oyunda (3:3) vurub. O, 1993-cü ildə İranın paytaxtı Tehranda keçirilən beynəlxalq turnirdə dubl edib.

Qeyd edək ki, daha əvvəl əsas yığmamızın mayın 29-da Qırğızıstan, iyunun 9-da isə Latviya ilə yoxlama oyununda qüvvəsini sınayacağı açıqlanmışdı.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı