Oyunların vaxtı açıqlandı – “Qarabağ” həmin gün çempion ola bilər

Oyunların vaxtı açıqlandı – “Qarabağ” həmin gün çempion ola bilər
PREMYER LİQA 16 Aprel 2018 / 15:46 6698
-  A +

Topaz Premyer Liqasında XXIV turun oyun cədvəli müəyyənləşib.

Qol.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, iki gün ərzində olacaq turun bütün görüşləri “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Qeyd edək ki, əgər bu tur “Qarabağ” səfərdə “Sumqayıt”ı məğlub edərsə, 2017/18 mövsümünün qalibi adını vaxtından əvvəl təmin edəcək bu, Ağdam klubunun ardıcıl beşinci, ümumilikdə altıncı çempionluğu olacaq.

 
21 aprel (şənbə)

“Keşlə” – “Zirə”
“İnter Arena”, 16:00

“Sumqayıt” – “Qarabağ”
“Kapital Bank Arena”, 19:00

22 aprel (bazar)

“Səbail” – “Kəpəz”
“Bayıl Arena”, 17:00

“Neftçi” – “Qəbələ”
“Bakcell Arena”, 19:00

Daha çox


Son xəbərlər