Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman

Yazarlar
 Qazaxıstanla Qazax futbolunun fərqi
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
"Neftçi" - "Qəbələ" - Şəkillər
Top 5
"Keşlə" "Zirə"yə qalib gəldi
Türkiyə futbolunda növbəti biabırçılıq – Şəkillər
Növbəti "Real" - "Yuventus", "Barselona" - "Roma" dueli
"Bayıl Arena"da 2 qol, "Qarabağ" çempionluğa doğru - Yenilənir
Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi
Linklər
525ci Qəzet

“Qəbələ”yə nə olub?
A A A

[16.04.2018]
“Qəbələ”yə nə olub?

Mövsümün əvvəlində qarşısına çempionluq məqsədi qoyan, ancaq fasilədən sonra sərgilədiyi qeyri-sabit oyunla hədəfindən uzaqlaşan “Qəbələ” bu gedişlə avrokuboklardan da kənarda qala bilər.

Ən yaxın izləyicisi “Sumqayıt”la xal fərqi 3-ə enən əyalət təmsilçisini 4-cü pillədəki “Zirə”dən 7, 5-ci olan “Neftçi”dən isə 8 xal ayırır. Qarşıda hələ 5 turun qaldığını nəzərə alsaq, Roman Qriqorçukun komandası üçün işlərin heç də yaxşıya doğru getmədiyini söyləmək olar. Ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda evdə “Neftçi”yə 1:2 hesabı ilə uduzan “qırmızı-qaralar”ın finala çıxmaq şansı yüksək deyil. Qış fasiləsindən sonra 27 mümkün xaldan yalnız 11-ni (2 qələbə, 2 məğlubiyyət, 5 heç-heçə) toplayan “Qəbələ”nın çempionluq şansları isə demək olar ki, yox dərəcəsindədir. Əyalət klubu 56 xalla turnir cədvəlinin zirvəsində yer alan “Qarabağ”dan 14 xal geri qalır. Bu isə o deməkdir ki, Qurban Qurbanovun komandası növbəti turda “Sumqayıt”ı məğlub edəcəyi təqdirdə, digər oyunların nəticələrindən asılı olmayaraq, ardıcıl 5-ci, ümumilikdə isə 6-ci çempionluğunu rəsmiləşdirəcək.

Bəs, mövsümə iddialı başlayan “Qəbələ”nin qış fasiləsindən sonrakı qeyri-sabit çıxışı və düşdüyü hazırkı durumun səbəbləri nədi?

Qol.az saytı bununla əlaqədar klub rəsmisinə və mütəxəssislərə müraciət edib.



Zaur Əzizov


Zaur Əzizov: “Vəziyyətdən çıxış yolu axtarırıq”

“Qəbələ”nin baş meneceri Zaur Əzizov deyir ki, problemi daim məşqçilər korpusu ilə müzakirə edirlər: “Klubun daxilində də bu məsələni kifayət qədər müzakirə edirik. Futbolda belə hallara rast gəlmək olur. Vəziyyətdən çıxış yolu axtarırıq. İlk növbədə baş məşqçini dinləyirik. Məşqçilər korpusu, futbolçularla gündəlik görüşlər keçirilir. Gördüyümüz, hətta baş məşqçi ilə müzakirə etdiyimiz müəyyən çatışmazlıqlar var. Amma onları mətbuata açıqlaya bilmərik. Çünki mövsüm hələ yekunlaşmayıb. Ən vacibi odur ki, komandada bütün futbolçular qeyri-sabit çıxışa son qoymaq, uğurlu seriyaya başlamaq üçün əllərindən gələni edirlər. Ola bilər ki, futbolçu hansısa oyunlarda istənilən səviyyədə çıxış etməyib. Amma son matçlarda meydanda var-gücləri ilə mübarizə aparırlar. Görürük ki, futbolçular kifayət qədər məsuliyyəli davranırlar”.



Ağasəlim Mircavadov

Mircavadov: “Problem komandanın daxilindədir”

“Qəbələ” rəsmisi futbolçuların işlərinə peşakər yanaşdıqlarını söyləsə də, AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov fərqli fikirdədir. Əməkdar məşqçi problemin daha çox oyunçulardan, xüsusilə legionerlərdən qaynaqlandığını vurğuladı: “Qəbələ”nin oyunlarına baxıram. Hiss olunur ki, futbolçular istəkli deyillər. Komandanın daxilində nə baş verdiyini bilmirik. Eşitdiyimə görə, qış hazırlıqları normal keçib. Antalyada olublar, yaxşı yoldaşlıq görüşləri oynayıblar. İndi isə çox aşağı səviyyədə çıxış edirlər. Əsas problem daxildədir. Onu isə biz bilmirik. Bəzi legionerlər hərdən oynayır, hərdən oynamırlar. Bilmirsən, niyə belə olur. Bəzən cəzalı, bəzənsə zədəli olduqları deyilir. Azərbaycana gələn xarici məşqçilərin əksəriyyəti işləri alınmayanda yalandan söz gəzdirməyə başlayırlar ki, məni filan komanda istəyir. Peşəkar futbolçular üçün baş məşqçinin kim olması fərq eləmir. Qriqorçuk olsa da, olmasa da, öz oyunlarını oynamalıdırlar. Çünki peşəkar futbolçusansa, müqavilən olan klubu sevməlisən, ürəklə oynamalısan. Mən belə başa düşürəm. Başqa cür ola bilməz”.


“Qriqorçuku yeni tanısaydıq, müəyyən şübhələr ola bilərdi”

Klubun baş meneceri Z.Əzizov Roman Qriqorçukun mövsümün sonu “Qəbələ”dən ayrılıb, “Astana” və ya Latviya millisinə keçəcəyi haqda iddialara da toxunur. Onun fikrincə, bu cür xəbərlərin yayılmasının komandanın uğursuz çıxışı ilə heç bir əlaqəsi yoxdur: “Ümumiyyətlə, belə söhbətlər komandanın çıxışına heç bir halda təsir edə bilməz. Bəlkə də baş məşqçini yeni tanısaydıq, müəyyən şübhələr ola bilərdi. 3 ildən çoxdur “Qəbələ”də çalışır. Belə bir ehtimal heç öz aramızda belə müzakirə olunmur. Buna ehtiyac da yoxdur. Baş məşqçi ilk gündə necə işləyirdisə, indi də elə çalışır, vəziyyət dəyişməyib”.



Şahin Diniyev

Diniyev: “Tək baş məşqçini günahlandırmaq düzgün deyil”

Bəs, “Qəbələ”nin bu durumuyla əlaqədar milli komandamızın və “Kəpəz”in sabiq baş məşçisi Şahin Diniyev nə fikirləşir?

- Komanda “qara zolağ”a düşüb. Bu problem böyüdülməməlidir. Nəticələr barədə çox şey demək olar. Amma komandanın içində olmadığımızdan nələrin baş verdiyini bilmirik. Dünyada hər bir klub qara zolağa düşür. Bu, milli komandalarda deyil, ən çox klublarda olur. Çünki il ərzində müəyyən eniş dövrü yaşayırlar. Bunun qısa və ya uzun müddət davam etməsi isə rəhbərlik, baş məşqçi və futbolçulardan asılıdır. Düzdür, uğursuzluğa görə baş məşqçi məsuliyyət daşıyır. Amma tək onu günahlandırmaq da düzgün deyil. Keçən il “Kəpəz”in də başına belə bir şey gəlmişdi. Ardıcıl 5 oyundan məğlub olduq. Ondan sonra isə keçirdiyimiz 7 oyundan 6-da qələbə qazandıq. Hər komandada belə şeylər ola bilər. Bunu anlayışla qarşılamaq lazımdır. “Qəbələ” vəziyyətdən çıxa bilər. Rəhbərlik, baş məşqçi və futbolçular əl-ələ verib, hər şeyi öz xeyirlərinə dəyişə bilərlər”.

Elnur SALAHOV

2660 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
22.04.2018  18:23 "Bayıl Arena"da 2 qol, "Qarabağ" çempionluğa doğru - Yenilənir
22.04.2018  15:45 "Məni Qriqorçukla üz-üzə qoymaq istəyirlər" - Maksimov
21.04.2018  20:44 “Mourinyo da gəlsə, vəziyyəti düzəldə bilməyəcək” - Duriç
21.04.2018  19:41 “Üzərimizdə sanki qara zolaq var” – “Zirə”nin futbolçusu
21.04.2018  18:35 "Onlara deyirəm ki, çıxın, özünüzü göstərin" - Maksimov
21.04.2018  18:14 "Heç nədən iki qol buraxdıq" - "Zirə"nin məşqçisi
21.04.2018  17:48 "Keşlə" "Zirə"yə qalib gəldi
20.04.2018  17:46 Premyer Liqamızda 24-cü turun - hakim təyinatları
20.04.2018  14:51 "Sumqayıt" - "Qarabağ" oyununun vaxtı yenə dəyişə bilər - Ramin Musayevdən açıqlama
20.04.2018  12:31 “Qurban Qurbanovun oğlu haqda deyilənlər boş söhbətlərdir”
20.04.2018  10:38 "Qarabağ"ın çempionluq oyunu TV-də yayımlanmır - narazılıq
19.04.2018  17:58 Qurbanov, Qriqorçuk və Abbasov irəlilədi - dünya reytinqi
19.04.2018  14:30 "Bu sözləri deyənlər oturub oyunumuza baxsınlar"
19.04.2018  12:27 "Final Bakıda olsa, onda da "Keşlə"nin meydanı sayılacaq" - Ramin Musayev
19.04.2018  11:22 "Finalı Qəbələdə oynayacağımız üçün sevinirik" - Ozobiç
19.04.2018  01:30 “Bir qol vursaydıq, davamı gələcəkdi” - Rəşad Əzizli
19.04.2018  00:28 “Bəziləri sözümü məsxərəyə qoydular” - Cavid Hüseynov
19.04.2018  00:00 “Əvvəldən belə oynasaydıq, çempion olardıq” - Təmkin Xəlilzadə
18.04.2018  23:05 “Qəbələ”də titul qazanmaq üçün çox şey qurban vermişəm" - Qriqorçuk
18.04.2018  22:30 “Xahiş edəcəm finalın yerini dəyişsinlər” - Fariz Nəcəfov
 
 
  22.04.18
18:25
  “Sumqayıt” – “Qarabağ” – heyətlər
18:23
  "Bayıl Arena"da 2 qol, "Qarabağ" çempionluğa doğru - Yenilənir
18:10
  “Neftçi” – “Qəbələ” - heyətlər
17:36
  “Liverpul” – “Roma” oyununu bu hakim idarə edəcək – UEFA açıqladı
16:27
  "Səbail" - "Kəpəz": heyətlər açıqlandı
15:45
  "Məni Qriqorçukla üz-üzə qoymaq istəyirlər" - Maksimov
14:42
  "Arsenal"ı çalışdırmaqdan qorxmuram" – Toni Adams
13:50
  "Çelsi"nin yeni baş məşqçisi də italiyalı ola bilər
12:44
  "Barselona"da yadplanetlilər oynayır" - Montella
11:34
  "Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman
10:16
  İnyestanın "Barselona"da son kubok oyunu və gözyaşları – Şəkillər
02:00
  “Barselona” kuboku darmadağınla qazandı
01:22
  "Milan" doğma meydanda uduzdu - Video
01:00
  "Borussiya"dan 4 cavabsız qol - Video
00:37
  "Qalatasaray"dan qələbə, "Trabzonspor" məğlub oldu
00:15
  "Mançester Yunayted" - "Tottenhem" - Video
00:01
  "Borussiya"dan darmadağın, "Leyptsiq" uduzdu
  21.04.18
22:30
  "Mançester Yunayted" finalda
21:59
  "Keşlə" - "Zirə" - Şəkillər
21:20
  "Roma" səfərdən 3 xalla qayıdır - Video
20:44
  “Mourinyo da gəlsə, vəziyyəti düzəldə bilməyəcək” - Duriç
20:05
  "Hakim qırmızı vərəqə göstərə bilməzdi" - Orxan Sadıqlı
19:41
  “Üzərimizdə sanki qara zolaq var” – “Zirə”nin futbolçusu
19:25
  "Liverpul"un oyununda 4 qol - Video
19:00
  "Keşlə" "Zirə"ni belə məğlub etdi - Video
18:35
  "Onlara deyirəm ki, çıxın, özünüzü göstərin" - Maksimov
18:14
  "Heç nədən iki qol buraxdıq" - "Zirə"nin məşqçisi
17:48
  "Keşlə" "Zirə"yə qalib gəldi
17:28
  "Liverpul"dan xal itkisi
16:30
  "Turan Tovuz" böyük hesabla uduzdu - Video
15:42
  "Keşlə" - "Zirə": heyətlər açıqlandı
15:20
  "Qəbələ" və "Neftçi" arasında 45-ci duel
14:50
  Venger 2 klubun hədəfində
14:29
  “Qarabağ Vyana”nın prezidenti İlham Əliyevi təbrik etdi
13:50
  “Mançester Siti”nin baş məşqçi Əliyar haqda: “Hakimin qərarı mənə qaranlıq qaldı”
13:20
  "Real"dan Ronaldoya yeni təklif - ilinə 30 milyon avro
12:50
  Etopaz-da 81 canlı oyun
12:02
  "Qələbə üçün daha bir barmağımı qıraram" - Rakitiç
11:11
  "Beşiktaş"ın prezidenti Bakıya gəlir
10:36
  İnyestanın Çin klubuna keçidi nə vaxt açıqlanacaq?
01:15
  "Borussiya" 3 qolla qalib gəldi - Video
00:50
  "Qarabağ"la oyuna kapitansız hazırlıq
00:01
  La Liqa klubu baş məşqçisini qovdu
  20.04.18
23:10
  Böyükağa Hacıyevin 60 yaşına
21:30
  Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi
20:40
  Yığmamız penaltilərdə uduzdu
20:00
  "Keşlə" "Zirə" ilə oyuna hazırdır - Şəkillər
19:30
  “Arsenal” Enrike ilə danışıqlara başladı
19:10
  “Xəzər” 3 qolla qalib gəldi - Video
18:50
  "Turan Tovuz" böyük hesabla uduzdu
18:25
  Kaliniçin əvəzinə Mandzukiç
17:46
  Premyer Liqamızda 24-cü turun - hakim təyinatları
17:25
  İbrahimoviç mundialda oynayacaq? - baş məşqçidən açıqlama
16:43
  "Barselona" "Sevilya"dan futbolçu alır
16:12
  "Xəzər" yenidən ikinci pilləyə yüksəldi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore