Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Foto
Olimpiya-2016
 
Video
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Etopaz
Layihə
Arxiv
Haqqımızda
Reklam
Əlaqə
"Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman

Yazarlar
 Qazaxıstanla Qazax futbolunun fərqi
Aydın BAĞIROV
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Mosvka Spartakçısı (?)... Anatoli Banişevski
Şakir YAQUBOV
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
 Milyonları yeyənlərə 10 il, oyun "satanlara" ömürlük "həbs"
Aqil Abbas
 Hər yerdə “Qarabağ", AFFA-da “Qarabağ", PFL-də “Qarabağ"
Etibar Cəbrayıloğlu
Fotoreportaj
Bütün 
"Neftçi" - "Qəbələ" - Şəkillər
Top 5
"Keşlə" "Zirə"yə qalib gəldi
Türkiyə futbolunda növbəti biabırçılıq – Şəkillər
Növbəti "Real" - "Yuventus", "Barselona" - "Roma" dueli
"Bayıl Arena"da 2 qol, "Qarabağ" çempionluğa doğru - Yenilənir
Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi
Linklər
525ci Qəzet

Ayxan həmin Ayxandı...
A A A

[16.04.2018]
Ayxan həmin Ayxandı...

Aşağıdakı bu dialoq hazırda “Qarabağ” və milli komandamızın “sükanı arxası”nda dayanan Qurban Qurbanovun qol.az saytına 2010-cu ilin aprelində verdiyi müsahibədəndi.

- “Bakı”ya 1:4 hesablı məğlubiyyətdən sonra sizi istefaya səsləyən “Qarabağ”ın azarkeşlərindən incik düşdüyünüzü demişdiniz. Bu incikliyiniz hələ də davam edirmi?

- İstər-istəməz incikliyim qalıb. Əlbəttə, özünə hörmət edən heç bir məşqçi belə şüarlar eşitmək istəməz. Biz hamımız - klubumuzun rəhbərliyi, məşqçi heyəti və futbolçular Qarabağın adının məsuliyyətini yaxşı başa düşürük. Qarabağın, Ağdamın işğal altında olmasından bizim azarkeşlər mənəvi əzəb çəkirlər. Ona görə də biz hər bir oyunumuzda onları sevindirməyə çalışırıq. Amma futbolda uğursuzluqlar da olur. Axı, həmişə qələbə qazanmaq olmaz. Necə olurdu, dünənə qədər məni alqışlayırdılar, indi isə… Mənim incikliyim qalıb və qalacaq da. Hərçənd, bütün hallarda mən azarkeşlərimizi də başa düşürəm.

- Amma sizi istefaya bütün stadion deyil, bir qrup azarkeş səsləyib.

- Ümumiyyətlə, bu, elə bir məsələdir ki, 3-4 nəfərin belə şüarlarla çıxış etməsi tribunadakı bütün azarkeşlərə təsir göstərir. Hər halda, düşünürəm ki, “istefa” sədaları ilə komandaya kömək etmək olmaz. Azarkeş komandayla həmişə birgə olmalıdır - yaxşı günündə də, pis günündə də. Hansısa bir narazılığı varsa, onu normal qaydada bildirməlidir.

Bu isə Roman Qriqorçukun 2016-cı ilin mayında “Qəbələ”nin “Qarabağ”dan aldığı məğlubiyyətdən sonra bu sətirlərin müəllifinin də iştirak etdiyi mətbuat konfransından bir hissədi:

- Bu gün azarkeşlər sizi istefaya səslədi. Özünüzü necə hiss edirsiniz?

- Mən özümə inanmağa davam edirəm. Bu, azarkeşlərimizin seçimidir. Bu, onların komandaya olan sevgisini yox, münasibətini göstərir. Azarkeşləri bu hərəkətlərinə görə satqın adlandırardım.

Dünən analoji hal Zirə Olimpiya Stadionunda yaşandı. “Nişangah”dakı Ayxan Abbasov idi. Bənzər mənzərədi. Büdrəmə olan kimi fanatlar “istefa” hayqırır. Hərə bir cür reaksiya verir. Ancaq nümunə kimi seçdiyimiz “Qarabağ” və “Qəbələ”nin baş məşqçiləri daim məhz xarizmaları ilə tanınıblar. Qurbanovun başçılıq etdiyi “Qarabağ” bu gün Azərbaycan adını elə yüksəkliklərə qaldırır ki...  Qriqorçukun “Qəbələ”ni ardıcıl iki dəfə Avropa Liqasının qrup mərhələsinə daşıması milyonlarla insanın sevincinə səbəb oldu...

Dünən isə “Zirə” doğma “divarlar arası”nda “Neftçi”yə 0:1 məğlub durumda olduğu bir zamanda fanatlar “Kalinka” mahnısının müsiqisi ritmində “Ayxan, istefa” şüarlarını səsləndirməyə başladılar. Bəs, Abbasov neyləyib ki, istefa qışqırılır? Komanda Premyer Liqadan düşür, yoxsa baş məşqçi oyun satır? Ardıcıl 9 oyundu qələbə qazanmırlar. Ok. Necə olur ki, 9 turdu qələbə üzünə həsrət qalan kollektiv hələ də avrokubok zonasındakı yerini qoruyur? Bu nəticəni qazanan Ayxan olmayıb? Yoxsa ötən mövsüm qış fasiləsində avrokubok zonası əlçatmaz göründüyü dövrdə “Zirə”ni qəbul edib yekunda bürünc medallaradək daşıyan başqası idi?

Çempionatın sonuna 5 tur qalıb. Hansı ağlı başında olan mütəxəssis sona 5 tur qalmış komandanı qəbul edər? Axı, indiki durumda kimisə istefaya səsləmək yox, komandanın arxasında dayanmaq lazımdı. Nə edilməli idi? Lap elə həmin 0:3-dən sonra yerli fanatlar komandanı səsləməli, onları alqışla yola salmalı idilər. Bu sevgini zirəlilərdə bu komanda yaradıbsa, çətin vəziyyətində kluba təpki göstərmək yox, dayaq olmaq gərəkdi.

Çıxış yolu varmı? Ölümdən başqa hər şeyə çarə var. Yaranmış vəziyyətdə klub rəhbərliyi, məşqçi heyəti komandanın fəal fanatları ilə görüş keçirməlidi. Yaranmış durumda azarkeşlərin komandaya dayaq olmasına dair profilaktik söhbət etməyə ehtiyac var. Hətta “Zirə” avrokuboklara düşməsə, bundan sonrakı 5 turun hamısında məğlub olsa belə, faciə baş verməyəcək. Çünki avrokuboka düşməməklə həyat bitmir.

Qurban Qurbanov vaxtilə “istefa” deyənləri onu ayaq üstə alqışlamağa məcbur etdi. Qurban həmin Qurbandı. Roman Qriqorçuk vaxtilə onu komandadan getməyə çağıranların səhər saatlarında aeroporta gələrək “Qəbələ”, “Qriqorçuk” hayqırmağa vadar etdi. Roman həmin Romandı. Onlar geri çəkilmədilər, əksinə, daha çox çalışdılar, təslim olmadılar, sonda bu məhəbbəti qazanmağı bacardılar.

Ayxan Abbasov komanda acınacaqlı durumda olanda “Zirə”ni quyunun dibindən avrokubok zonasınadək daşımağı bacardı. Ayxan da həmin Ayxandı. Təslim olub, istefa vermək zəiflərin təqdiridi. İndiki durum Abbasov üçün bir çağırışdı. Ya böyük məşqçi olmaq üçün mübarizə aparacaq, ya da təslim olub istefa verəcək. Dağıtmaq həmişə asan olub, qurub yaratmaq isə çətin. Abbasov da yaratdığı binadan getməməlidi, çünki “domino effekti”ni verəcək. Özü də, binası da dağılacaq.

Ceyhun ƏLİYEV
sport24.az

P.S. Bu yazının işıq üzü görməsinə dair qərarı dünənki mətbuat konfransında verdim. Abbasov “7 əsas oyunçum yox idi” kimi tutarlı “kozır”dan istifadə etməyərək, “komanda uduzursa, birinci günahkar mənəm” dedi. Əsl güclü məşqçi kimi!

2378 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
22.04.2018  18:25 “Sumqayıt” – “Qarabağ” – heyətlər
22.04.2018  18:10 “Neftçi” – “Qəbələ” - heyətlər
22.04.2018  14:42 "Arsenal"ı çalışdırmaqdan qorxmuram" – Toni Adams
22.04.2018  13:50 "Çelsi"nin yeni baş məşqçisi də italiyalı ola bilər
22.04.2018  12:44 "Barselona"da yadplanetlilər oynayır" - Montella
22.04.2018  11:34 "Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman
22.04.2018  01:22 "Milan" doğma meydanda uduzdu - Video
21.04.2018  21:59 "Keşlə" - "Zirə" - Şəkillər
21.04.2018  21:20 "Roma" səfərdən 3 xalla qayıdır - Video
21.04.2018  19:25 "Liverpul"un oyununda 4 qol - Video
21.04.2018  17:28 "Liverpul"dan xal itkisi
21.04.2018  15:42 "Keşlə" - "Zirə": heyətlər açıqlandı
21.04.2018  15:20 "Qəbələ" və "Neftçi" arasında 45-ci duel
21.04.2018  14:50 Venger 2 klubun hədəfində
21.04.2018  14:29 “Qarabağ Vyana”nın prezidenti İlham Əliyevi təbrik etdi
21.04.2018  13:20 "Real"dan Ronaldoya yeni təklif - ilinə 30 milyon avro
21.04.2018  12:02 "Qələbə üçün daha bir barmağımı qıraram" - Rakitiç
21.04.2018  11:11 "Beşiktaş"ın prezidenti Bakıya gəlir
21.04.2018  10:36 İnyestanın Çin klubuna keçidi nə vaxt açıqlanacaq?
21.04.2018  00:50 "Qarabağ"la oyuna kapitansız hazırlıq
 
 
  22.04.18
18:25
  “Sumqayıt” – “Qarabağ” – heyətlər
18:23
  "Bayıl Arena"da 2 qol, "Qarabağ" çempionluğa doğru - Yenilənir
18:10
  “Neftçi” – “Qəbələ” - heyətlər
17:36
  “Liverpul” – “Roma” oyununu bu hakim idarə edəcək – UEFA açıqladı
16:27
  "Səbail" - "Kəpəz": heyətlər açıqlandı
15:45
  "Məni Qriqorçukla üz-üzə qoymaq istəyirlər" - Maksimov
14:42
  "Arsenal"ı çalışdırmaqdan qorxmuram" – Toni Adams
13:50
  "Çelsi"nin yeni baş məşqçisi də italiyalı ola bilər
12:44
  "Barselona"da yadplanetlilər oynayır" - Montella
11:34
  "Beşiktaş” həm də Azərbaycanı təmsil edir" – Fikrət Orman
10:16
  İnyestanın "Barselona"da son kubok oyunu və gözyaşları – Şəkillər
02:00
  “Barselona” kuboku darmadağınla qazandı
01:22
  "Milan" doğma meydanda uduzdu - Video
01:00
  "Borussiya"dan 4 cavabsız qol - Video
00:37
  "Qalatasaray"dan qələbə, "Trabzonspor" məğlub oldu
00:15
  "Mançester Yunayted" - "Tottenhem" - Video
00:01
  "Borussiya"dan darmadağın, "Leyptsiq" uduzdu
  21.04.18
22:30
  "Mançester Yunayted" finalda
21:59
  "Keşlə" - "Zirə" - Şəkillər
21:20
  "Roma" səfərdən 3 xalla qayıdır - Video
20:44
  “Mourinyo da gəlsə, vəziyyəti düzəldə bilməyəcək” - Duriç
20:05
  "Hakim qırmızı vərəqə göstərə bilməzdi" - Orxan Sadıqlı
19:41
  “Üzərimizdə sanki qara zolaq var” – “Zirə”nin futbolçusu
19:25
  "Liverpul"un oyununda 4 qol - Video
19:00
  "Keşlə" "Zirə"ni belə məğlub etdi - Video
18:35
  "Onlara deyirəm ki, çıxın, özünüzü göstərin" - Maksimov
18:14
  "Heç nədən iki qol buraxdıq" - "Zirə"nin məşqçisi
17:48
  "Keşlə" "Zirə"yə qalib gəldi
17:28
  "Liverpul"dan xal itkisi
16:30
  "Turan Tovuz" böyük hesabla uduzdu - Video
15:42
  "Keşlə" - "Zirə": heyətlər açıqlandı
15:20
  "Qəbələ" və "Neftçi" arasında 45-ci duel
14:50
  Venger 2 klubun hədəfində
14:29
  “Qarabağ Vyana”nın prezidenti İlham Əliyevi təbrik etdi
13:50
  “Mançester Siti”nin baş məşqçi Əliyar haqda: “Hakimin qərarı mənə qaranlıq qaldı”
13:20
  "Real"dan Ronaldoya yeni təklif - ilinə 30 milyon avro
12:50
  Etopaz-da 81 canlı oyun
12:02
  "Qələbə üçün daha bir barmağımı qıraram" - Rakitiç
11:11
  "Beşiktaş"ın prezidenti Bakıya gəlir
10:36
  İnyestanın Çin klubuna keçidi nə vaxt açıqlanacaq?
01:15
  "Borussiya" 3 qolla qalib gəldi - Video
00:50
  "Qarabağ"la oyuna kapitansız hazırlıq
00:01
  La Liqa klubu baş məşqçisini qovdu
  20.04.18
23:10
  Böyükağa Hacıyevin 60 yaşına
21:30
  Əliyar “Mançester Siti” – “Barsa” oyununda 5 "sarı", 1 "qırmızı" göstərdi
20:40
  Yığmamız penaltilərdə uduzdu
20:00
  "Keşlə" "Zirə" ilə oyuna hazırdır - Şəkillər
19:30
  “Arsenal” Enrike ilə danışıqlara başladı
19:10
  “Xəzər” 3 qolla qalib gəldi - Video
18:50
  "Turan Tovuz" böyük hesabla uduzdu
18:25
  Kaliniçin əvəzinə Mandzukiç
17:46
  Premyer Liqamızda 24-cü turun - hakim təyinatları
17:25
  İbrahimoviç mundialda oynayacaq? - baş məşqçidən açıqlama
16:43
  "Barselona" "Sevilya"dan futbolçu alır
16:12
  "Xəzər" yenidən ikinci pilləyə yüksəldi
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore