Qol.Az
Canlı nəticələr
WAP
RSS Qol.Az Facebook-da

Ana səhifə
Bütün Xəbərlər
Müsahibə
Video
DÇ-2018
 
Tarixin şəkli
Turnir cədvəli
Premyer Liqa
Yazarlar
Layihə
Haqqımızda
Reklam
Əlaqə
Sabiq "Qarabağ"lı Polşa klubunda

Yazarlar
 Vicdan məsələsi
Aydın BAĞIROV
 “Futbol dünyası”ndan... “Futbol dünyası”na qədər
Şakir YAQUBOV
 Futbol, bazar, qovhaqov...
Səbuhi MƏMMƏDLİ
 Yoxa çıxan uşaqlar
İlqar Tağıyev
 Onlara futbol yox, yeni "qurban"lar lazımdır...
Tahir SÜLEYMANOV
Fotoreportaj
Bütün 
Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
Top 5
Klublarımızın yay transferləri - Yenilənir
Fransa ikinci dəfə dünya çempionu oldu
“Almeyda formada deyil” – Qriqorçuk
Ronaldo Turində - Şəkil
“Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
Linklər
525ci Qəzet

"Qışda "Neftçi"yə getmək istəyirdim" - Elvin Məmmədov
A A A

[16.04.2018]
"Qışda "Neftçi"yə getmək istəyirdim" - <b style="color:red">Elvin Məmmədov</b>

"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Məmmədov Qol.az-a müsahibə verib. Həm komandasının qış fasiləsindən sonrakı çıxışından, həm də əyalət klubundakı gələcəyindən danışan təcrübəli futbolçu maraqlı fikirlər səsləndirib.

- Dünən Topaz Premyer Liqanın 23-cü turunun "Səbail"lə oyununda gözlənilmədən xal itirdiniz...

- Oyuna yaxşı başlaya bilmədik. Xal itkisini əsasən bununla əlaqələndirərdim. Düzdür, ikinci hissədə daha inamlı oynadıq. Amma real qol imkanlarından istifadə edə bilmədik. Komandada həm psixoloji, həm də oyun baxımından eniş var. Özünəinam az da olsa itib. Bunlar da alınan nəticələrə görədir. Futbolçu olaraq, bunların fərqindəyik. Ancaq hərdən meydanda nə qədər çalışsan da, istədiyini həyata keçirə bilmirsən. Dünən son 15-20 dəqiqədə çox yaxşı oynadıq. Təəssüf ki, 100 faizlik qol şanslarını dəyərləndirə bilmədik. Buna görə də nəticə belə alındı.

- Komandanızdakı ruh düşkünlüyünün bir səbəbi də artıq "Qarabağ"ın çempionluğa daha da yaxınlaşması, "Qəbələ" üçün qızıl medal şanslarının əldən çıxması ola bilərmi?

- Bunlar 4-5 tur öncə olsaydı, hardasa belə düşünmək olardı. Səbəb "Qarabağ" deyil. Onsuz da onlar çempionluğa gedirlər. Bizim üçün 2-ci yerdə möhkəmlənmək lazımdır. Əsas səbəb ardıcıl xal itkilərindən sonra yaranan inamsızlıqdır.

- Qarşıda "Neftçi" ilə kubokun cavab oyunu var. "Səbail"lə heç-heçə vacib görüş öncəsi "Qəbələ"yə nə dərəcədə təsir göstərə bilər?

- Udsaq, daha yaxşı olardı. Amma kubok oyununun atmosferi tam fərqlidir. Çempionlar Liqasındakı oyunlar da göstərdi ki, hər bir komanda sonadək mübarizə apara bilər.

- Səncə, "Neftçi"yə ilk oyundakı 1:2 hesablı məğlubiyyətin əvəzini cavab matçında çıxmaq mümkün olacaq? Nəzərə alaq ki, "ağ-qaralar" son vaxtlar əla formadadır...

- Düzdür, doğma meydanda 1:2 hesablı məğlubiyət "Qəbələ" üçün ağır nəticədir. Bizi qane etmir. Amma futbolda hər şey mümkündür. Bir çox çempionatlarda da görmüşük ki, bəzən uduzan komanda sonda istəyinə nail ola bilir. "Neftçi" çətin rəqibdir. Hazırda ən yaxşı formada olan komandalardan biridir. Maksimum nəticə qazanmağa çalışacağıq. Kubok oyunları fərqli olur. Komandalar bu görüşlərə daha yaxşı hazırlaşırlar. Əlimizdən gələni edib, turu keçmək istəyirik.

- Bu mövsüm nadir hallarda meydana çıxırsan. Bu, nə ilə bağlıdır?

- Bu, mənə veriləsi sual deyil. Heyətlə bağlı baş məşqçi qərar verir. Meydana çıxdığım oyunlarda əlimdən gələni etmişəm. Alınıb-alınmadığını deyə bilmərəm. Çempionat başa çatır, 5 tur qalıb. Bu barədə çox söz demək istəmirəm. Çünki danışsaq da, boşdur. Bunlar keçmişdə qaldı, qaytara bilmərik. Mən də çox oynamaq, komandaya kömək etmək istəyirəm. Baş məşqçi oynatmırsa, buna da hörmətlə yanaşmaq lazımdır.

- Roman Qriqorçukun mövsümün sonunda "Qəbələ"dən gedəcəyi ilə bağlı xəbərlər dolaşır. Komandanın içindəsən. Özü bu barədə futbolçulara nəsə deyibmi?

- İnanın ki, belə bir söhbət yoxdur. Biz də mətbuatdan oxuyuruq ki, Qazaxıstan və Litva variantları var. Amma komandanın içində heç bir söhbət olmayıb. Nəsə desəydi, biz də bilərdik. Bizə heç nə deyilməyib.

- Qış fasiləsində "Neftçi"yə keçmək variantın var idi. Qriqorçuk özü də mətbuata açıqlamasında bunu təsdiqləmişdi. Maraqlıdır, özün getmək istəmədin, yoxsa baş məşqçi buraxmadı?

- O məsələdə Qriqorçuk amili yox idi. Klubla müqaviləm olduğu üçün transferin maddi tərəfləri var idi. Birincisi, buna görə alınmadı. Həmin vaxt "Neftçi"nin rəhbərliyi tam fərqli idi. Ona görə söhbət alınmadı. Tək mənlik olan bir şey deyildi. Əksinə, mən oynamaq üçün bu addımı atmaq istəyirdim. Amma klublar arasındakı söhbətlərə görə baş tutmadı.

- Mövsümün sonunda "Qəbələ" ilə müqavilən başa çatacaq. Gələcəyinlə bağlı qərar vermisən?

- Hələlik bu barədə rəhbərliklə söhbətimiz olmayıb. Çünki komandada baş məşqçi də daxil olmaqla, kimin qalıb-qalmayacağı bilinmir. Ona görə də nəsə deyə bilmərəm.

- "Qəbələ"də qalmaq istəyirsən, yoxsa?..

- Mən oynamaq istəyirəm. Hər şey ola bilər. Bəlkə elə məşqçi gələ bilər ki, "Qəbələ"də qalıb komandaya kömək edərəm. Yaxud da baş məşqçi deyər ki, səni komandada istəmirəm, başqa futbolçu gəlməlidir, qərarına hörmətlə yanaşıb gedərəm. İndidən bu haqda nəsə deməyin yeri yoxdur. Hələ söhbət olmayıb. Variantlar haqda düşünməmişəm.

Elnur SALAHOV

2451 dəfə baxılıb   
   Facebook Twitter MySpace Google
 
 

 
ARXİV                       
 
17.07.2018  00:45 "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Yenilənir
16.07.2018  20:30 "Qarabağ"ın rəqibi 20 futbolçu ilə gəlir - siyahı
16.07.2018  18:22 Yuri Maksimov “Keşlə”dən getdi
16.07.2018  16:46 "Neftçi" rəhbərliyini pultla idarə edirlər” – Kamal Quliyev
16.07.2018  15:27 Cənubi koreyalılar haqda...
16.07.2018  10:30 Qriqorçuk Almeydanı heyətə daxil etdi - Çempionlar Liqası
15.07.2018  13:03 “Almeyda formada deyil” – Qriqorçuk
14.07.2018  16:32 “O, Çempionlar Liqasında da “Qarabağ”ın liderlərindən idi”
14.07.2018  14:57 "Proqres" - "Qəbələ" oyununun hakimləri bilindi
13.07.2018  17:20 "Trabzonspor"da qalıb-qalmayacağım toplanışdan sonra bilinəcək" - Ramil Şeydayev
13.07.2018  15:58 "Trabzonspor"un baş məşqçisi "Qarabağ"ın oyununu niyə izləyib?
13.07.2018  12:43 “Bu, təsadüfi nəticədir, cavab oyununu gözləyək” - İlqar Qurbanov
13.07.2018  10:52 "Keşlə" - "Baltsan": hakimlər açıqlandı
13.07.2018  10:34 Azərbaycan 1 pillə gerilədi - UEFA reytinqi
12.07.2018  22:49 “Neftçi”dən əzmkar qələbə
12.07.2018  21:54 "Keşlə" böyük hesabla uduzdu
12.07.2018  21:51 "Qəbələ" məğlubiyyətlə başladı
12.07.2018  16:52 "Qarabağ"ı keçmək üçün Bakıda mümkün olan hər şeyi edəcəyik"
12.07.2018  15:08 "Qiymətlər çox bahadır, seçimdə yanılmaq istəmirik" – Ayxan Abbasov
12.07.2018  13:57 "Baltsan"ı öz meydanında məğlub etmək istəyirik" – Sezar Meza Kolli
 
 
  17.07.18
09:57
  "Mançester Yunayted"in futbolçusu "Ayaks"da
01:50
  Avroliqada 3 oyun - Yenilənir
01:32
  Sabiq "Qarabağ"lı Polşa klubunda
00:45
  "Qarabağ"ın potensial rəqibi müəyyənləşir - Yenilənir
00:15
  Çempionlar Parisdə - Şəkillər
00:01
  Klublarımızın yay transferləri - Yenilənir
  16.07.18
23:07
  "Qəbələ" gedir
22:45
  Cüneyt Çakır coşqu ilə qarşılandı - video
22:26
  "Keşlə" Maksimovun gedişini rəsmən təsdiqlədi
22:07
  "Yuventus"la tarix yazmaq istəyirəm" - Ronaldo
21:35
  "Keşlə"ni "Baltsan"la oyuna o çıxaracaq
21:12
  "Putin dünya çempionatına əla hazırlaşmışdı" – Maradona
20:30
  "Qarabağ"ın rəqibi 20 futbolçu ilə gəlir - siyahı
19:05
  "Barselona"dan Poqba üçün 150 milyonluq təklif - iddia
18:48
  Millidə debüt etmədən dünya çempionu oldu
18:22
  Yuri Maksimov “Keşlə”dən getdi
17:39
  “Qəbələ”nin rəqibindən qələbə
17:07
  Mbappe mundialdakı qazancından imtina etdi
16:46
  "Neftçi" rəhbərliyini pultla idarə edirlər” – Kamal Quliyev
16:38
  Prezident Əliyevdən dünya çempionatı təbrikləri
16:30
  Ronaldo “Yuventus”da tibbi müayinədən keçdi – Video
16:00
  “Sənan Qurbanovun üstünə bu qədər getmək lazım deyil” – Asif Məmmədov
15:27
  Cənubi koreyalılar haqda...
14:30
  Günün canlı oyunları - Etopaz-da
14:11
  Mbappe PSJ-dən ayrılacaq? - açıqlama
13:50
  “Olimpiya” sabah gəlir – itkilərlə
13:45
  Ronaldo "Yuventus"un bazasında - Şəkil
13:17
  "Qarabağ"ın oyunu canlı yayımda
12:55
  “Sevilya”nın baş məşqçisi "Neftçi"nin oyunundan danışdı
12:44
  DÇ-2018-in finalında prezidentlərin səmimi görüntüləri - Şəkillər
12:26
  “Fransa futbol oynamadı” – Deyan Lovren
12:10
  Fransa millisindəki karyerasını başa vurdu
11:56
  "Hələ heç nə itirilməyib " - Amil Yunanov
11:35
  Fransanın çempionluğunu bayram edən iki azarkeş öldü
11:19
  DÇ-2018-in rəmzi komandası açıqlandı
10:58
  Xorvatiya millisi mükafatlandırılacaq
10:30
  Qriqorçuk Almeydanı heyətə daxil etdi - Çempionlar Liqası
10:11
  Didye Deşam Fransa millisində qalacaq?
09:48
  "Qələbəyə baxmayaraq, çatışmazlıqlar var" - baş məşqçi
02:12
  Sampaoli Argentina millisindən qovuldu
02:00
  “Bu mükafatı qazandığım üçün fəxr edirəm” - Kurtua
01:33
  İspaniya millisi DÇ-2018-in xüsusi mükafatına layiq görüldü
01:14
  “Panenka zərbəsi” endirmək istəyirdim” - Qrizmann
00:54
  Karambö, Karlos, Xedira, indi də Varan
00:39
  “Fransa əla oyun sərgiləməsə də...” - Deşam
00:18
  Poqba “Mançester Yunayted”in tarixinə düşdü
00:00
  “Dünya çempionatının finalında belə penalti təyin etmirlər” - Daliç
  15.07.18
23:00
  Mükafatlandırma mərasimindən şəkillər - DÇ-2018
22:28
  Didye Deşam tarixə düşdü
21:51
  Fransanın qələbə sevinci - Şəkillər
21:40
  Fransa belə çempion oldu - Video
21:29
  DÇ-2018-in ən yaxşıları açıqlandı
21:15
  FİFA onu seçdi
21:00
  DÇ-2018-in ən yaxşı bombardiri müəyyənləşdi
20:53
  Fransa ikinci dəfə dünya çempionu oldu
BÜTÜN XƏBƏRLƏR
© 2008-2018 Qol.Az - Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Yerləşdirilən reklamların mətninə görə redaksiya məsuliyyət daşımır.
  Proqramlaşdırma: Elshad100.
Livescore