Buffondan növbəti qalmaqallı açıqlama – “Hakimə yenə o sözləri deyərdim”

Buffondan növbəti qalmaqallı açıqlama – “Hakimə yenə o sözləri deyərdim”
GÜNDƏM 15 Aprel 2018 / 10:49 5737
-  A +

“Yuventus”un qapıçısı Canluici Buffon Çempionlar Liqasının 1/4 finalında “Real”la cavab oyununun baş hakimi olan Maykl Oliverin ünvanına səsləndirdiyi sözlərə görə peşman deyil.

Həmin matçn 90+3-cü dəqiqəsində ingilis referinin “Yuventus”un qapısına penalti təyin etməsi italiyalı futbolçunu özündən çıxarıb. Nəticədə o, qırmızı vərəqə alaraq meydandan qovulub. Buna səbəb kimi Buffonun hakimə “səni neçəyə alıblar, Madrid küçüyü?” kimi təhqiramiz sözlər işlətməsi iddia olunur.

Qol.az “Football Italia”ya istinadən xəbər verir ki, “Le Iene” verilişində qonaq olan 40 yaşlı qapıçı dediyi sözlərə görə üzr istəmək niyyətində olmadığını bildirib: “Canlı insanam, mənim də qorxu və qəzəbim var. Həmin vaxt ikiüzlülük etmədim. O an üçün içimdən gələn nə idisə, onları da söylədim. Əgər lazım olsa, o fikri indi yenə də təkrar edərəm. Amma daha sivil üslubda. Fikrin mənası isə dəyişməyəcək”.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı