PSJ Emeri ilə bağlı qərarını verdi - Tuhel gəlir

PSJ Emeri ilə bağlı qərarını verdi - Tuhel gəlir
DÜNYA FUTBOLU 7 Aprel 2018 / 11:32 4668
-  A +

PSJ-nin baş məşqçisi Unai Emerinin gələcək taleyinə aydınlıq gəlib.

Qol.az-ın xarici mətbuata istinadən yaydığı xəbərə görə, ispan mütəxəssis mövsümün sonunda istefaya göndəriləcək. Qərarı paytaxt təmsilçisinin sahibi, Qətər əmiri Tamim bin Hamad Al-Tani şəxsən özü qəbul edib. Artıq Emerini əvəzləyəcək yeni baş məşqçinin adı da bilinir. Çox güman ki, komandaya yeni mövsümdən “Borussiya”nın sabiq çalışdırıcısı Tomas Tuxel başçılıq edəcək.

Qeyd edək ki, daha öncə PSJ-nin sükanı arxasına keçəcək mütəxəssislər arasında Antonio Konte, Massimilyano Alleqri, Karlo Ançelotti, Luis Enrike, Paulu Fonseka və Leonardu Jardimin adı hallanırdı.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı