Kasilyas 1000-ə çatdı

Kasilyas 1000-ə çatdı
DÜNYA FUTBOLU 3 Aprel 2018 / 10:15 2819
-  A +

"Portu"nun qapıçısı İker Kasilyas üçün Portuqaliya Liqasının 28-ci turunda "Belenenseş"lə görüş əlamətdar olub.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, bu matç önün peşəkar futbolçu karyerasının 1000-ci oyunu olub. Bununla da o, "Real"ın sabiq hücumçusu Rauldan sonra bu qədər oyun keçirmiş ikinci ispan olub.

Qeyd edək ki, Kasilyas "Real"da 725, "Portu"da 108 və İspaniya millisində 167 oyuna çıxıb.

Əlavə edək ki, "Belenenseş" - "Portu" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord