Mourinyonun oğlu “Mançester Yunayted”in düşərgəsində - Şəkil

Mourinyonun oğlu “Mançester Yunayted”in düşərgəsində - Şəkil
DÜNYA FUTBOLU 2 Aprel 2018 / 17:20 5429
-  A +

“Mançester Yunayted”in baş məşqçisi Joze Mourinyonun oğlu Joze Mario Premyer Liqanın 32-ci turunun “Suonsi” ilə matçında “qırmızı-şeytanlar”ın ehtiyat oyunçular skamyasında yer alıb.

Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 18 yaşlı Jozenin (şəkildə Mayklı Kerrikdən arxada) “MY” ilə müqaviləsi olmasa da, o, oyun zamanı komandanın futbolçuları və texniki personalı arasında görünüb.

Qeyd edək ki, kiçik Mourinyo qapıçı mövqeyində oynayır.  O, 2016-cı ildə “Fulhem”lə müqavilə bağlayıb və bu klubun ikinci komandasında çıxış etməyə başlayıb. Onun hazırkı klubu ilə müqaviləsi bu yay başa çatır.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı