“İstəsəm, millidə oynayacam” – İbrahimoviç

“İstəsəm, millidə oynayacam” –  İbrahimoviç
XƏBƏR 24 Mart 2018 / 15:40 2746
-  A +

“Los-Anceles Qalaksi”yə yeni transfer olunan Zlatan İbrahimoviç yenidən İsveç millisində oynamaq perspektivindən danışıb.

Qol.az-ın məlumatına görə, 36 yaşlı hücumçu “goal.com”a açıqlamasında deyib: “Hər şeyin öz vaxtı var. Hiss etsəm ki, oynamağa gücüm var, yəqin ki, millinin qapısı üzümə açıq olacaq. Əgər bunu istəsəm, millidə olacam, istəməsəm, olmayacam. Görək, necə olacaq”.

Qeyd edək ki, İbrahimoviç 2016-cı ildə milli karyerasını başa vurub.

Son xəbərlər