Araz və Elvin niyə cəzalandırılıb? - səbəb açıqlandı

Araz və Elvin niyə cəzalandırılıb? - səbəb açıqlandı
ÖLKƏ FUTBOLU 24 Mart 2018 / 11:18 7428
-  A +

Millimizin baş məşqçisi Qurban Qurbanovun yığmanın futbolçuları Araz Abdullayev və Elvin Yunuszadəni cəzalandırmasının səbəbi müəyyənləşib.

Qol.az-ın haqqın.az-a istinadən yaydığı xəbərə görə, hər iki oyunçu Belarusla yoxlama görüşünün keçirildiyi gün yatıb qaldıqları və bu səbəbdən komandanın ümumi toplantısına vaxtında çata bilmədikləri üçün 45 yaşlı mütəxəssis onları cəzalandırmağa qərar verib.

Qeyd edək ki, Q.Qurbanov Belarusla yoxlama oyunundan sonra keçirilən mətbuat konfransında A.Abdullayev və Elvin Yunuszadəni kiçik xətaya yol verdikləri görə matçın sifariş ərizəsinə daxil etmədiyini açıqlamışdı. O, bu futbolçulardan birini Makedoniya ilə Antalyada keçiriləcək yoxlama matçına aparmayacağlnı da istisna etməyib.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord