"Məğlubiyyətdən kim razı qalar?" - Rövnəq Abdullayev

"Məğlubiyyətdən kim razı qalar?" - Rövnəq Abdullayev
GÜNDƏM 23 Mart 2018 / 23:05 4380
-  A +

"Normal oyun oldu. Baş məşqçi Qurban Qurbanov komandanı sınaqdan çıxardı. Heyətdəkilərin bir çoxu yeni oyunçular idi".
 
Qol.az-ın Sportnet.az-a  istinadən yaydığı xəbərə görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev Azərbaycan və Belarus yığmaları arasındakı yoldaşlıq görüşünü dəyərləndirərkən deyib.

R.Abdullayev yığmanın 0:1 hesablı məğlubiyyətindən razı qalmadığını bildirib: "Düzdür, bu, rəsmi oyun deyildi. Amma uduzmaqdan kim razı olar?"
 
AFFA prezidenti Millətlər Liqasının final mərhələsində Ermənistanla qarşılaşma ehtimallarına isə belə reaksiya verib: "Bu barədə danışmaq hələ tezdir. Finala çıxaq, sonra danışarıq. "Arxı keçməmiş hop etməzlər" .

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın