“Lazım olsa, Rəşadı milliyə qaytaracağıq” – Qurban Qurbanov

“Lazım olsa, Rəşadı milliyə qaytaracağıq” – Qurban Qurbanov
ÖLKƏ FUTBOLU 23 Mart 2018 / 22:46 7056
-  A +

"İstəməzdik uduzaq.  Amma məğlubiyyətlə nə qədər tez tanış olsaq, səhvlərimizi bir o qədər tez görərik. Ümumilikdə oyundan razı qaldım. Xeyli sayda qol imkanlarımız oldu. Bəzi futbolçularda həyəcan hiss olunurdu. Bütün futbolçulardan razı qaldım. Qarşıdakı oyunlar daha ağır olacaq. Azarkeşlərimizə xüsusi təşəkkür etmək istəyirəm".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin baş məşqçisi Qurban Qurbanov Belarusa 0:1 hesabı ilə uduzduqları yoxlama oyunundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Narazı qaldığınız məqamlar oldumu?

- Nəticədən narazı qaldım. Birə-bir mübarizələrdə narazılığım yarandı. Yaxşı mübarizə aparmadıq. Məncə bu hala diqqət ayırmalıyıq.

- Bizim yığmamız nə vaxt hücum futbolu nümayiş etdirəcək?

- Bizim müdafiə futbolu oynamaq fikrimiz yoxdur. Mən heç kimə deməmişəm ki, topu arxaya aparın. Bəzən futbolçuların da öz fikirləri olur. Düşünmürəm ki, müdafiə futbolu oynamışıq. Qol vəziyyətlərimizə baxsanız görərdiniz ki, necə hücuma fikir verirdik.

- U-21 millimizin Kosovo yığmasına məğlubiyyətinə necə şərh verərdiniz?

- Açığı, oyundan razı qaldım. Bəlkə kənardan başqa cür görünə bilər. Ancaq məşqçi gözü ilə baxanda gördüm ki, futbolçular məşqçilərinin dediklərini yerinə yetirdilər. Hava şəraiti də əlverişli deyildi. Meydanda 90 dəqiqə nizamlı oynayan yığmamız var idi. İnşallah, tələb edəcəyik ki, özlərini daha yaxşı göstərsinlər.

- Milli komandamızda Rəşad Sadıqova layiqli əvəzedici axtarırsınızmı?

- Rəşad Sadıqov hələ də futbol oynayır. Təbii ki, hər məşqçi istəyər ki, Rəşad kimi futbolçusu olsun. Desəm ki, Rəşad Sadıqovun əvəzləyicisini axtarıram, düzgün çıxmaz. Sabah lazım olsa, Rəşadı milliyə geri qaytaracağıq.

- Rəşad Sadıqovun çox yüklənməsi uğursuzluğa səbəb ola bilər. Bu barədə nə deyə bilərsiniz?

- Asanlıqla lider olunmur. O, öz işinə çox diqqət ayırırsa, liderliyə yüksəlir. Biz bilsək ki, Rəşadın buna gücü çatmayacaq, ondan bunu tələb etməzdik. Uğursuzluqdan qorxsaq, bura gəlməzdik. Heç bir lider ancaq uğur barədə düşünmür. O, uğursuzluğu da göz önünə gətirir. İdmandır, uğur da olar, uğursuzluq da. Bilsəm ki, nədənsə qorxacam, futbola nifrət edəcəm, bu işlə məşğul olmaram. 4-5 il uğur qazanırıq, sonra uğursuzluqla üzləşriksə və etimadı itiririksə, işləməyə dəyməz.

- Birinci hissədə cərimə zərbəsi ev tapşırığı idi. Amma sonra bunu görmədik...

- İkinci də həmin mövqedə olmuşdu. Bunu təkrarlasaydıq, biləcəkdilər. Bəzi ev tapşırıqlarını etməyə çalışırıq. Amma hamısını bir oyunda göstərmək istəmirik. Məşqlərdə 3-4 ev tapşırığı üzərində çalışırıq ki, əsas turnirlərdə tətbiq edək.

Daha çox


Son xəbərlər