"Rəqib bizi sıxırdı" - İqor Kriuşenko

"Rəqib bizi sıxırdı" - İqor Kriuşenko
GÜNDƏM 23 Mart 2018 / 22:23 3967
-  A +

Belarus millisinin baş məşqçisi İqor Kriuşenko yığmamıza 1:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın məlumatına görə, o, əvvəlcə matç barədə fikirlərini bildirib.

- Bizim üçün qələbə çox vacib idi. Çünki uzun müddətdir komanda mənim rəhbərliyim altında qələbə qazana bilmirdi. Top saxlamağa çalışırdıq. İlk dəqiqələrdə bu alınırdı. Lakin vaxt keçdikcə komandamın ifasında arzuladığım oyunu görmədim. Rəqib bizi sıxırdı. Bununla da, rəqibin arxa xəttində boş zonalar yaranırdı. Bundan istifadə etməyə çalışdıq. Bu, bəzən alınırdı, bəzən isə yox. Futbolçuların əksəriyyəti Belarus çempionatında çıxış edir. Çempionat başlamadığından, futbolçuların çoxu formada deyildi. Azərbaycanda isə əksinə, oyunçular yaxşı formada idi.

- Hamımız bilirik ki, Belarusda xokkeyə daha çox diqqət yetirilir. Bu yaxınlarda ölkə prezidenti Lukaşenko futbola da diqqət ayıracaqlarını dedi. Bu, sizdə təzyiq yaratmır ki?

- Buna təzyiq yox, motivasiya kimi baxıram. Oyunçularımızın çoxu ölkə çempionatında çıxış edir. Belarusda akademiya tikilib. Bu oyunçuların yetişməsi üçün vaxt lazımdır.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı