"Messi Ronaldodan daha qüsursuzdur" - Buffon

"Messi Ronaldodan daha qüsursuzdur" -  Buffon
XƏBƏR 23 Mart 2018 / 16:28 4742
-  A +

“Messi və Ronaldo tamamilə fərqli futbolçulardır. Messi Ronaldodan daha çox texnikaya, Ronaldo isə Messidən daha çox enerjiyə malikdir”.

Qol.az-ın məlumatına görə, bu sözləri “Yuventus”un qapıçısı Canluicci Buffon İtaliya mətbuatına açıqlamasında deyib.

O, futbolçuları belə müqayisdə edib: “Məncə, Messi daha qüsursuzdur. O, əsl liderdir. Ronaldo isə cərimə meydançasında əsl qatilə çevrilir. Messi Ronaldo kimi cinahlardan hücuma keçmir, gücünə qənaət edir. Ancaq o, cərimə meydançasında olarkən istənilən ötürməni qola çevirə bilər”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord