"Real" Beyli satmağa razılıq verdi – 120 milyona

"Real" Beyli satmağa razılıq verdi – 120 milyona
XƏBƏR 23 Mart 2018 / 13:22 4979
-  A +

"Real" Qaret Beyli satmağa razıdır.

Qol.az-ın xarici mətbuata istinadən məlumatına görə, uelsli futbolçunu transfer etmək istəyən klub Madrid təmsilçisinə 120 milyon avro ödəməlidir. Artıq “kral klubu”nun prezidenti Florentino Pereslə 28 yaşlı yarımmüdafiəçi arasında danışıq olub. Peres bildirib ki, tələb etdikləri təzminat məbləği ödənilsə, Beylin İngiltərə Premyer Liqasına qayıdışına icazə verə bilər.

Qeyd edək ki, Beyllə “Çelsi”, “Mançester Yunayted” və “Tottenhem” klubları yaxından maraqlanır.

Son xəbərlər