"Azərbaycanla oyun asan olmayacaq" - İqor Kriuşenko

"Azərbaycanla oyun asan olmayacaq" -  İqor Kriuşenko
ÖLKƏ FUTBOLU 23 Mart 2018 / 10:15 2785
-  A +

Belarus millisinin baş məşqçisi İqor Kriuşenko millimizlə yoxlama oyunu öncəsi jurnalistlərin suallarını cavablandırıb. Qol.az-ın Belarus Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, o, qələbə qazanmağa çalışacaqlarını vurğulayıb.

- Bakəda son günlərdə kifayət qədər güclü külək əsir. Bu məşq prosesinə mane olmur ?

- Stadion xaricində külək daha çox hiss olunur. Ancaq yenə də biz işimizə davam edirik. Necə olursa-olsun, bizim oyunumuz var.


- Belarus millisi döyüşkən komandadır. Azərbaycan yığmasının şansları necə dəyərləndirirsiniz?

- Bunu demək mənim üçün çətindir. Azərbaycan milli komandasında yeni baş məşqçi var. Komandaya yeni cəlb olunan futbolçular var. Düşünmürəm ki, bu amillər göstərir ki, bu qarşılaşma bizim üçün asan və ya çətin olacaq. Hər iki komanda qələbə qazanmağa çalışacaq. Amma heç birimiz üçün asan oyun olmayacaq.

- Siz payızda Qafqazda iki oyun keçirdiniz. Əvvəlcə Ermənistana məğlub oldunuz, sonra isə Gürcüstanla heç-heçə etdiniz. Yəqin ki, bu bölgədə qələbə qazanmaq istəyirsiniz?

- Ötən ilin sonunda komandada zədəli futbolçular çox idi.  Bəzi yeni futbolçuları izləmək istəyirdim. Ona görə də əsas heyət üzvlərindən istifadə etmədim. Nəticə də yaxşı olmadı. Ümid edirəm ki, Azərbaycanla görüşdə istədiyimiz hər şey alınacaq.

- Bu gün Qafqazın üç komandasının müqayisə etsək, hansına daha çox üstünlük verərsiniz?

- Müqayisə üçün bütün komandalarla mübarizə aparmalıyıq. Biz hələ Azərbaycanla görüşməmişik. Qafqaz futbolu həmişə sürətli və texnikalı olub. Düşünürəm ki, buna görə 3 komandanın da oyun üslubu oxşardır.

- Bu yoldaşlıq oyunu Azərbaycan milli komandasının yeni baş məşqçisi Qurban Qurbanovun Bakıda ilk sınağı olacaq. Onun haqqında nə deyə bilərsiniz?

- Qurban Qurbanov avrokuboklarda uğurlu çıxış edən "Qarabağ"ın baş məşqçisidir. Düşünürəm ki, o, klubda əldə etdiyi uğurlu nailiyyətlərini milli komandada da təkrarlayacaq. Hər halda, o, yığma rəhbərliyi altında artıq bir yoldaşlıq matçı oynamağa müvəffəq olub. Onun təcrübəsini də nəzərə almaq lazımdır. Düşünmürəm ki, Qurban Qurbanov bu matçda özünü əlavə təzyiq altında hiss edəcək.

- Azərbaycan yığmasında legionerlərin sayı çox deyil. Belarus milli komandasının futbolçularının çoxu xarici klublarda çıxış edir. Bu komandanın rəsmi oyunlarda yaxşı nəticə göstərməyinə nə mane olur?

- Son vaxtlar xaricə gedən futbolçularımız azdır. Bəzi perspektivli oyunçular özlərini göstərməyə başlayıb.  Bütün legionerlərimiz milli komandaya dəvətə müsbət reaksiya verdilər. Ümid edirəm ki, onlar komandanın aparıcı futbolçuları olacaq.

Daha çox


Son xəbərlər
15.04.24  14:58

"Ana, biz çempionuq!"