Bolt “Borussiya” ilə məşqlərə başladı

Bolt “Borussiya” ilə məşqlərə başladı
XƏBƏR 23 Mart 2018 / 01:02 4158
-  A +

Qaçış üzrə 8 qat olimpiya çempionu Useyn Bolt Dortmund “Borussiya”sı ilə məşqlərə başlayıb.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, 31 yaşlı yamaykalı bu gün klub bazasında hazırlıq keçib.

Sabah səhər saatlarında Boltun açıq məşqçi keçiriləcək. Həmin hazırlıq prosesi “YouTube” və “Facebook” vasitəsi ilə ingilis dilində şərh olunacaq.

Qeyd edək ki, Boltun “Borussiya”da hazırlıq keçməsi həm klubun, həm də idmançının sponsoru olan “Puma” şirkətinin vasitəsi ilə reallaşıb.


 


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord