Ronaldo Çin klubuna gedir ? - Florentino Peresdən açıqlama

Ronaldo Çin klubuna gedir ? - Florentino Peresdən açıqlama
DÜNYA FUTBOLU 22 Mart 2018 / 15:51 7286
-  A +

"Real"ın prezidenti Florentino Peres komandanın futbolçusu Kriştiano Ronaldonun Çin klubuna keçəcəyi barədə yayılan iddialara münasibət bildirib.

Qol.az-ın İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, o, bu xəbərləri təkzib edib: "Ronaldo onu komandadan buraxmağımla məndən heç bir xahiş etməyib. Onun bizimlə hələ müqaviləsi var. Əgər sizin Honkonqda bir dostunuz varsa, ondan həmin yerdə necə yaşaması ilə bağlı soruşmaq normaldır".

Qeyd edək ki, "Quançjou Everqrand"ın baş məşqçisi Luis Felipe Skolari Ronaldonun ondan Çindəki həyat haqda soruşduğunu açıqlayıb.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı