"Azərbaycanla oyun asan olacaq"

"Azərbaycanla oyun asan olacaq"
GÜNDƏM 22 Mart 2018 / 11:50 4047
-  A +

"İlk oyundan fərqli olaraq ikinci matç bizim üçün daha asan olacaq. Çünki rəqibi tanıyırıq və onlara qarşı yaxşı oynaya biləcəyimizi bilirik".

Qol.az-ın Kosovo Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, bu sözləri Kosovonun U-21 millisinin futbolçuusu Mirlind Daku Avropa çempionatının seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.

O, Azərbaycanla ilk matçda çoxlu qol epizodu yaratdıqlarını söyləyib: "Onlara qarşı ilk görüşdə yaxşı oynadıq, çoxlu qol epizodu yaratdıq. Ancaq bu dəfə inanıram ki,qol epizodlarından istifadə edəcəyik. Hava bizə məşq etməyə imkan vermədi. Amma düşünürəm ki, biz tam hazırıq".

Daha çox


Son xəbərlər