Şəhriyar Məmmədyarov liderlə heç-heçə etdi

Şəhriyar Məmmədyarov liderlə heç-heçə etdi
GÜNDƏM 22 Mart 2018 / 23:00 4988
-  A +

Almaniyanın paytaxtı Berlindəki şahmat tacına iddiaçılar turnirində bu gün 10-cu turun görüşləri keçirilib.
 
Qol.az-ın məlumatına görə, azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov ağ fiqurlarla Fabiano Karuana ilə qarşılaşıb.

Görüş 58-ci gedişdə heç-heçə ilə yekunlaşıb. İki şahmatçı arasında ilk dövrədəki görüşdə də qalib müəyyənləşməyib.

Şəhriyar Məmmədyarov (Azərbaycan) - Fabiano Karuana (ABŞ) - 0,5 :0,5

Aleksandr Qrişuk (Rusiya) - Sergey Karyakin (Rusiya) - 0,5 :0,5

Vladimir Kramnik (Rusiya) - Levon Aronyan (Ermənistan) - 1:0
 
Din Lijen (Çin) - Uesli So (ABŞ) - 0,5 :0,5 
 
Turnir cədvəli
: Karuana - 6,5 xal, Məmmədyarov - 6, Qrişuk- 5,5, Din Lijen, Karyakin - 5, Kramnik - 4,5, So - 4, Aronyan, 3.5

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı