Qar Kosovoda millimizin planını pozdu

Qar Kosovoda millimizin planını pozdu
XƏBƏR 21 Mart 2018 / 18:49 4010
-  A +

Avropa Çempionatının seçmə mərhələsində sabah Kosovo ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün məşqə çıxacaq.

Yığmamızın çalışdırıcısı Rəşad Sadıqovun Qol.az-a verdiyi məlumata görə, məşq əvvəlcədən nəzərdə tutulduğu kimi matçın keçiriləcəyi meydançada olmayacaq.

Buna səbəb Mitrovitsa şəhərinə güclü qar yağmasıdır. Adem Yaşari Olimpiya Stadionunun meydançası qar örtüyünə büründüyündən millimizin məşqinə icazə verilməyib. Məşq digər stadionun süni ot örtüklü meydançasında olacaq.

Qeyd edək ki, sabah keçiriləcək Kosovo – Azərbaycan oyunu saat 22:00-da başlayacaq.

Daha çox


Son xəbərlər