"Azərbaycan bütün komandalara qarşı vuruşdu"

"Azərbaycan bütün komandalara qarşı vuruşdu"
ÖLKƏ FUTBOLU 21 Mart 2018 / 10:41 3561
-  A +

"Yaxşı komandalara qarşı oynayacağıq. Buna görə matçlara köklənmişik. Çox sevinirəm ki, futbolçuların çoxunun zədəsi yoxdur və yoldaşlıq görüşünə hazırlaşırlar".

Qol.az-ın məlumatına görə, bu sözləri Belarus millisinin futbolçusu Sergey Politeviç millimizlə yoxlama oyunu öncəsi ölkəsinin mətbuatına açıqlamasında deyib.

O, yığmamızın DÇ-2018-in seçmə mərhələsində yaxşı çıxış etdiyini vurğulayıb: "Rəqiblərin heç birinin matçlarını izləməmişəm. Amma onu bilirəm ki, Azərbaycan ötən il dünya çempionatının seçmə mərhələsində yaxşı xal yığdı, bütün komandalara qarşı vuruşdu".

Qeyd edək ki, Azərbaycan - Belarus oyunu martın 23-ü saat 20:00-da başlayacaq.

 

Daha çox


Son xəbərlər