“Qoy, indi də desinlər ki, Ronaldo karyerasını bitirməlidir”

“Qoy, indi də desinlər ki, Ronaldo karyerasını bitirməlidir”
XƏBƏR 20 Mart 2018 / 14:50 6126
-  A +

“Real”ın hücumçusu Kriştiano Ronaldonun anası Doloreş Aveyru bir müddət öncə oğluna qarşı yönəlmiş tənqidlərə münasibət bildirib.

Qol.az-ın məlumatına görə, o, şəxsi “İnstaqram” hesabında portuqliyalı futbolçunun karyerasını bitirməli olduğunu deyənlərə cavab verib.
Ronaldonun şəklini və üzərində onun 2018-ci ildə vurduğu qolların sayını paylaşan Aveyru fotonun altında isə bu sözləri yazıb: “Qoy, indi də danışsınlar ki, Kriştiano 33 yaşında karyerasını bitirməlidir”.

Qeyd edək ki, mövsümün ilk hissəsində oyunu alınmayan Ronaldo 2018-ci ildə çıxdığı 13 oyunda 21 qol vurub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord