"Keşlə"nin keçmiş futbolçusunun cəzası endirildi

"Keşlə"nin keçmiş futbolçusunun cəzası endirildi
XƏBƏR 20 Mart 2018 / 14:25 3561
-  A +

Bakı Apellyasiya Məhkəməsində Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Miqdar Məmmədov, Orxan Atayev və Məhərrəm Məhərrəmov barələrində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib. Belə ki, həmin şəxslərin ittiham olunduqları quldurluq (181) maddəsi soyğunçuluq (180) maddəsinə tövsif edilib. M.Məmmədovun 4 il azadlıqdan məhrumetmə cəzası 2 ilə, digərlərinin cəzası isə 3 il 6 aya endirilib.

Qeyd edək ki, həmin şəxslər Bakıda İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyevə qarşı quldurluq ediblər.

Təqsirləndirilən şəxslərdən M.Məmmədov futbolçudur. O, 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının və paytaxt Bakının "Keşlə" (keçmiş "İnter") klubunun azyaşlılardan ibarət heyətinin üzvü olub.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın