“Azərbaycandan daha yaxşıyıq” – Kosovo millisinin futbolçusu

“Azərbaycandan daha yaxşıyıq” – Kosovo millisinin futbolçusu
GÜNDƏM 20 Mart 2018 / 12:10 3492
-  A +

Kosovonun U-21 millisinin futbolçusu Valmir Süleymani Avropa çempionatının seçmə mərhələsində Azərbaycan və Almaniya ilə oyun öncəsi fikirlərini bildirib.

Qol.az-ın Kosovo Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, o, bununla bağlı deyib:

"7 aydan sonra milliyə qayıtdım. Normalda bu cür zədədən sonra geridönüş asan olmur, amma özümü yaxşı hiss edirəm. Qarşıdakı hər iki oyundan uğur gözləyirəm. Azərbaycana qarşı ilk matçda meydana çıxa bilməmişdim, amma düşünürəm ki, oyun planında onlardan daha yaxşıyıq. Almaniya millisini yaxşı tanıyıram. Bu ölkənin U-17 və U-18 millilərində oynadığım üçün güclərinə bələdəm”.

Qeyd edək ki, Kosovo martın 22-i millimizlə, martın 27-i isə Almaniya ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord