Nazarovun komandasından qələbə

Nazarovun komandasından qələbə
XƏBƏR 20 Mart 2018 / 01:40 3483
-  A +

Almaniya ikinci Bundesliqasında 27-ci turun oyunları keçirilir.

Qol.az-ın məlumatına görə, millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge” öz meydanında “Furt”la qarşılaşıb.

Meydana start heyətində çıxan yığmamızın üzvü matçın 84-cü dəqiqəsində əvəzlənib.

Qarşılaşma “Erzgebirge”nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, Nazarovun komandası hazırda 33 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın