Aqolli milliyə yaşına görə çağırılmayıb - açıqlama

Aqolli milliyə yaşına görə çağırılmayıb - açıqlama
ÖLKƏ FUTBOLU 19 Mart 2018 / 22:13 3871
-  A +

"Qarabağ"ın futbolçusu Ansi Aqollinin Albaniya millisinə çağırılmamasının səbəbi müəyyənləşib.

Qol.az-ın xarici KİV-lərə istinadən xəbərə görə, bu barədə yığmanın baş məşqçisi Kristian Panuççi məlumat verib. O, kapitanı milliyə yaş amilinə görə dəvət etmədiyini bildirib: "Aqollinin sentyabrda 36 yaşı olacaq. Onunla bu barədə danışmışam. Lazım olsa, onu milliyə çağıracam. Aqolli ilə 28-30 yaşlarında çalışmaq istəyərdim.  Onun mümkün əvəzləyicini nəzərdən keçirirəm. Buna görə Ansini yığmaya çağırmamağı qərara almışam".

Xatırladaq ki, A.Aqolli Norveçlə yoldaşlıq oyunu üçün yığmaya dəvət almayıb.

Daha çox


Son xəbərlər