“Azərbaycanla oyun adi yoxlama matçı deyil” – makedoniyalı futbolçu

“Azərbaycanla oyun adi yoxlama matçı deyil” –  makedoniyalı futbolçu
ÖLKƏ FUTBOLU 19 Mart 2018 / 16:30 3121
-  A +

“Bu komandanın bir parçası olduğum üçün qürur duyuram. Pandev, Nestorovski, Ademi və Traykovski kimi futbolçularla oynamaq mənim üçün xoşdur. İlkin təəssüratlarım əladır”.

Qol.az-ın məlumatına görə, bu sözləri Makedoniya millisinin üzvü Enis Bardi deyib.

İspaniyanın “Levante” klubunda çıxış edən 23 yaşlı yarımmüdafiəçi Makedoniya Futbol Federasiyasının rəsmi saytına açıqlamasında komandasının mart ayında Finlandiya və Azərbaycana qarşı keçirəcəyi yoldaşlıq oyunlarını dəyərləndirib:

“İlin ən vacib işi üçün buradayıq. Bu oyunlar bizi Avropa çempionatına apara bilər. Qarşıdakı yoldaşlıq matçlarında ən yüksək səviyyədə oynamalıyıq. Bunlar bizim üçün adi yoxlama görüşləri deyil. Millətlər Liqasına texniki və taktiki cəhətdən daha yaxşı hazırlaşmağımız üçün vacib matçlardır.

Yaxşı kollektivimiz var. Komandanın inkişafı üçün əlimizdən gələni edəcəyik. Millətlət Liqası öncəsi bizə psixoloji hazırlıq lazımdır. Finlandiya və Azərbaycan yığmalarına qarşı yoldaşlıq oyunları bu baxımdan durumumuzu yaxşılaşdırmağa kömək edəcək”.

Qeyd edək ki, Azərbaycan – Makedoniya oyunu martın 27-də Antalyada “Mardan” İdman Kompleksinin stadionunda keçiriləcək. Görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı