Renat Dadaşov “Ayntraxt”dan qovuldu - dalaşdığına görə

Renat Dadaşov “Ayntraxt”dan qovuldu -  dalaşdığına görə
ÖLKƏ FUTBOLU 19 Mart 2018 / 10:10 4534
-  A +

Azərbaycan millisinin üzvü Renat Dadaşov çıxış etdiyi “Ayntraxt” klubundan qovulub.

Qol.az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna futbolçunun intizamsızlığı səbəb olub.

Gənc hücumçu komanda yoldaşı ilə dalaşıb. Klubun gənc futbolçular üzrə şöbəsinin rəhbəri Armin Kraaz artıq Renata şans verilməyəcəyini bildirib: “Onu intizamsızlıq səbəbindən komandadan kənarlaşdırdıq. Renat məşqlərə buraxılmayacaq. Yeni baş məşqçi yenidən imkan yaratmışdı. Lakin bundan artıq şans verilməyəcək”.

Klubun baş məşqçisi Niko Kovaç bu cəzadan xəbərdar olduğunu və qərarla razılaşdığını açıqlayıb. Qərara əsasən, 18 yaşlı hücumçu "Ayntraxt"ın U-19 komandasının məşqlərinə qatılmayacaq. Onunla 2020-ci ilin iyununadək müqavilə qüvvədə olduğundan, klubdan birdəfəlik kənarlaşdırılması hələlik mümkün deyil.

Qeyd edək ki, Renat Dadaşov məşqdən sonra komanda yoldaşı ilə dalaşaraq, ona xəsarət yetirib. Ötən ay isə Renat məşq zamanı komanda yoldaşına qarşı kobud oynayaraq onu zədələmişdi.  

Daha çox


Son xəbərlər