“Çelsi” yarımfinalda

“Çelsi” yarımfinalda
XƏBƏR 19 Mart 2018 / 01:21 3921
-  A +

İngiltərə kubokunda 1/4 finala yekun vurulub.

Qol.az-ın məlumatına görə, mərhələnin son matçında “Lester” öz meydanında “Çelsi”ni qəbul edib. Qarşılaşmanın əsas vaxtında qalib aşkarlanmayıb - 1:1.

Əlavə vaxtda daha bir qol vuran Antonio Kontenin komandası adını növbəti mərhələyə yazdırıb.

“Lester” - “Çelsi” 1:2
Qollar:
Morata, 42 (0:1), Vardi, 76 (1:1), Pedro, 105 (1:2)

Qeyd edək ki, buna qədər “Tottenhem”, “Mançester Yunayted” və “Sautgempton” yarımfinala yüksəliblər.

 

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord