Messidən daha bir rekord

Messidən daha bir rekord
XƏBƏR 19 Mart 2018 / 00:00 5143
-  A +

“Barselona”nın hücumçusu Lionel Messi La Liqanın 29-cu turunda “Atletik”lə görüşdə 30-cu dəqiqədə vurduğu qolla komandasının 2:0 hesablı qələbəsini rəsmiləşdirib.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, “Nou Kamp”dakı matçda fərqlənməklə argentinalı ulduz növbəti rekorda imza atıb.

Belə ki, 30 yaşlı futbolçu La Liqada ardıcıl 9 mövsüm minimum 25 qol vurmağı bacaran ilk futbolçu kimi tarixə düşüb.

“Real”ın hücumçusu Kriştianu Ronaldo ardıcıl 8 mövsüm İspaniya çempionatında 25 qol həddini keçib. Cari birincilikdə isə portuqaliyalının hesabında 18 qol var. Daha 7 qol vuracağı təqdirdə Ronaldo da Messinin rekordunu təkrarlayacaq.

Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı