"Kəpəz" yoxlama oyunu keçirəcək

"Kəpəz" yoxlama oyunu keçirəcək
XƏBƏR 18 Mart 2018 / 16:42 3335
-  A +

Topaz Premyer Liqanın sonuncu turunda “Sumqayıt”la oyundan sonra 3 günlük evə buraxılan “Kəpəz”in üzvlərinin istirahəti başa çatıb.

Qol.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, komanda bu gün fitnes zalında bir araya gəlib. Sabah isə futbolçular Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda saat 11:00-da məşqə çıxacaqlar.

Hazırlıq planına əsasən, Novruz bayramı ilə əlaqədar komandanın üzvlərinə martın 20-si və 21-i tarixlərində 2 günlük istirahət veriləcək. “Kəpəz” martın 22-də məşqləri bərpa edəcək.

Milli komandanın təlim-məşq toplanışı və yoxlama oyunları səbəbindən çempionatda yaranmış fasilə müddətində “sarı-göylər”in yoxlama görüşü keçirməsi də nəzərdə tutulub. 

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı