"Real" Levandovski ilə razılığa gəldi – İspaniya mətbuatı

"Real" Levandovski ilə razılığa gəldi – İspaniya mətbuatı
DÜNYA FUTBOLU 17 Mart 2018 / 17:56 5726
-  A +

“Bavariya”nın hücumçusu Robert Levondovski “Real”la anlaşıb.

Qol.az-ın məlumatına görə, bu barədə İspaniyanın məşhur “Mundo Deportivo” nəşri xəbər yayıb. İddiaya görə, “kral klubu”nda oynamağı qəbul edən polşalı forvard Madriddə “Bavariya”dakı illik gəlirindən (16 milyon) daha çox qazanacaq. Amma bunun üçün Münhen təmsilçisinin keçidə razılıq verməsi lazımdır. Çünki Levandovskinin “Bavariya” ilə 2021-ci ilə qədər müqaviləsi var. Tərəflər təzminat məsələsində ortaq məxrəcə gələ bilsələr, təcrübəli futbolçu ilə 2+1 illik anlaşma imzalanacaq.

Qeyd edək ki, Levandovskinin “Real”la anlaşmasında bu yaxınlarda müqavilə bağladığı məşhur menecer Pini Zahavinin həlledici rol oynadığı bildirilir.

Son xəbərlər