"Milliyə çağırılmaq sürpriz olmadı" – Amil Yunanov

"Milliyə çağırılmaq sürpriz olmadı" – Amil Yunanov
MÜSAHİBƏ 17 Mart 2018 / 17:24 5724
-  A +

"Sumqayıt"ın hücumçusu Amil Yunanov Qol.az-a müsahibə verib. O, həm Qurban Qurbanov tərəfindən milliyə dəvət almasından, həm də komandasının cari mövsümdəkı uğurlu çıxışından danışıb.

- İlk dəfə milli komandaya çağırıldın. Əvvəlcə təəssüratlarını bilmək istərdim...

-Nə deyə bilərəm. Çox sevinirəm ki, milli komandaya dəvət aldım. Əlimdən gələni edib, ümidləri doğrultmağa çalışacam.

- Bu dəvəti gözləyirdin, yoxsa sürpriz oldu?

- Yox, gözlənilməz olmadı. Açığı, Qurban Qurbanovdan dəvət gözləyirdim.

- Yəqin özün də bilirsən ki, millidə daim çıxış etmək ora çağırılmaqdan daha çətindir...

- Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Verilən fürsətdən maksimum yararlanmaq istəyirəm ki, qarşıdakı toplanışlarda da milliyə dəvət alım.

- Artıq millidə ilk məşqə çıxmısan. Düşərgədə kifayət qədər yeni futbolçu var. Komandada əhval-ruhiyyə necədir?

- Komandada yaxşı atmosfer var. Hər şey qaydasındadır. Hamı məqşlərdə əlindən gələni edir.

- Bir az da “Sumqayıt” haqda danışaq. Fasilədən sonrakı uğurlu çıxışın sirri nədədir?

- Qış fasiləsində yaxşı hazırlıq keçmişdik. Komandada özünəinam var idi. Bunun sayəsində oyunlarımız uğurlu alınır. Təbii ki, bu işdə baş məşqçinin verdiyi tapşırıqları meydanda yerinə yetirməyimiz də rol oynayır.

- Artıq 3-cü pillədəsiniz. Mövsümün əvvəlində ağlınıza gələrdi ki, ilk 3-lükdə yer alacaqsınız?

- Əlbəttə, inanmaq lazımdır. Mövsümün əvvəlindən qarşımıza müəyyən hədəflər qoymuşduq. 3-cü pillədəyik. Bundan sonra xal ehtiyatımızı artırmalıyıq ki, mövqeyimizi qoruyub-saxlaya bilək.

Elnur SALAHOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı