Ançelotti İtaliya millisini çalışdıracaqmı?

Ançelotti İtaliya millisini çalışdıracaqmı?
XƏBƏR 17 Mart 2018 / 15:49 2481
-  A +

“Bavariya”nın sabiq baş məşqçisi Karlo Ançelotti İtaliya millisinin sükanı arxasına keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, təcrübəli mütəxəssis bununla bağlı hələlik qərar qəbul etmədiyini söyləyib. O, hər şeyə yayda aydınlıq gələcəyini deyib:

“Xahiş edirəm, mənə bu barədə sual verməyin. Çünki hələlik bununla bağlı yekun qərarımı verməmişəm. Nəyin necə olacağını iyun ayında görəcəyik”.

Qeyd edək ki, Antonio Konte, Roberto Mançini və Klaudio Ranyeri də İtaliya yığmasını çalışdırmağa əsas namizədlərdəndir.]

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord