Azərbaycanda futbolçu qız intihar etdi

Azərbaycanda futbolçu qız intihar etdi
XƏBƏR 17 Mart 2018 / 14:10 5384
-  A +

Şəkidə futbolçu qız intihar edib.

Qol.az-ın APA-ya istinadən yaydığı xəbərə görə, 11-ci sinif şagirdi Firəngiz Əzizova özünü güllələyib.

Martın 16-dan 17-ə keçən gecə rayonun Şorsu kənd sakini, 2001-ci il təvəllüdlü Firəngiz Qalib qızı Əzizova döş qəfəsinin və qarın boşluğunun dəlib-keçən güllə yaraları xəsarətləri ilə Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub. MRX-dan verilən məlumata görə, müayinə zamanı 17 yaşlı Firəngiz Əzizovanın hələlik bilinməyən səbəbdən yaşadığı ünvanda atasına məxsus ov tüfəngi ilə özünü güllələdiyi məlum olub.

Cərrahiyyə şöbəsinə yerləşdirilən Firəngiz Əzizova əməliyyat olunub, onun vəziyyəti ağır qiymətləndirilir.

O, eyni zamanda Şəkinin qızlardan ibarət “Gənclik” futbol klubunun qapıçısıdı. Əzizova futbol üzrə qızlardan ibarət milli komandaya dəvət alıb.

 

Daha çox


Son xəbərlər
18.10.18  23:00

UEFA-dan PSJ-yə cəza