Filipe Luis dünya çempionatında oynamayacaq

Filipe Luis dünya çempionatında oynamayacaq
XƏBƏR 17 Mart 2018 / 12:40 3100
-  A +

“Atletiko” və Braziliya millisinin üzvü Filipe Luisin zədəsi ciddidir.

Qol.az-ın “AS” nəşrinə istinadən yaydığı xəbərə görə, ayağında qırıq aşkarlanan 32 yaşlı müdafiəçinin 6 ay meydana çıxa bilməyəcəyi məlum olub.

Bu isə onun yayda Rusiyada keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcəyi deməkdir.

Qeyd edək ki, F.Luis Avropa Liqasının 1/8 final mərhələsinin "Lokomotiv"lə cavab oyununda (1:5) zədələnib.

Son xəbərlər