Şəhriyar Kramnikə qalib gəlib, liderliyə şərik oldu

Şəhriyar Kramnikə qalib gəlib, liderliyə şərik oldu
GÜNDƏM 17 Mart 2018 / 00:10 3898
-  A +

Berlində keçirilən şahmat tacına iddiaçıların turniri davam edir.

Qol.az-ın məlumatına görə, 6-cı turda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Vladimir Kramniklə üz-üzə gəlib.

Rusiyalı rəqibi ilə ağ fiqurlarla oynayan şahmatçımız görüşü qələbə ilə bitirib. Kramnik 64-cü gedişdə təslim olub. Bu qələbə ilə xalını 4-ə çatdıran Şəhriyar Fabiana Karanua ilə birgə turnir cədvəlinə başçılıq edir.

Ş. Məmmədyarov növbəti turda martın 18-də Aleksandr Qrişukla üz-üzə gələcək.

Daha çox


Son xəbərlər