İspaniya yığmasının heyəti açıqlandı

İspaniya yığmasının heyəti açıqlandı
XƏBƏR 16 Mart 2018 / 22:39 5204
-  A +

İspaniya millisinin Almaniya və Argentina ilə yoxlama görüşləri üçün heyəti açıqlanıb.

Qol.az-ın İspaniya Futbol Federasiyasının saytına istinadən yaydığı xəbərə görə, yığmaya aşağıda adları qeyd olunan futbolçular dəvət edilib.

Qapıçılar: Kepa Arrisabalaqa ("Atletik" Bilbao), David de Xea ("Mançester Yunayted"), Pepe Reyna ("Napoli")

Müdafiəçilər: Jordi Alba, Jerar Pike (hər ikisi "Barselona"), Markos Alonso, Sesar Aspilikueta (hər ikisi "Çelsi"), Xose İqnasio Naço, Daniel Karvahal, Serxio Ramos (hamısı "Real"), Alvaro Odriosola ("Real Sosyedad").

Yarımmüdafiəçilər: İsko, Marko Asensio (hər ikisi "Real"), Tiaqo Alkantara ("Bavariya"), David Silva ("Mançester Siti"), Andres İnesta ("Barselona"), Saul Niqes, Koke (hər ikisi "Atletiko"), Daniel Parexo ("Valensiya"), Rodriqo Kaskante ("Vilyarreal").

Hücumçular: Yaqo Aspas ("Selta"), Rodriqo Moreno ("Valensiya"), Dieqo Kosta ("Atletiko"), Lukas Vaskes ("Real").

Qeyd edək ki, İspaniya martın 23-ü Almaniya, martın 27-i Argentina ilə qarşılaşacaq.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın