"Qarabağ"ın Avropa nəhənglərinə xeyri" - "Marca" qəzeti

"Qarabağ"ın Avropa nəhənglərinə xeyri" - "Marca" qəzeti
XƏBƏR 16 Mart 2018 / 10:11 5717
-  A +

İspaniyanın "Marca" qəzeti "Atletiko" barədə yazı dərc edib.

Qol.az-ın məlumatına görə, Madrid klubunun Avropa Liqasının 1/8 finalında "Lokomotiv"i darmadağın etdiyi cavab oyunundan (5:1) bəhs edilən yazıya "Qarabağ"ın Avropa nəhənglərinə xeyri" başlığı qoyulub.

Yazıda "Atletiko"nun Avroliqanın qalibi olmağa əsas namizəd olduğu vurğulanıb.  Çempionlar Liqasında isə digər nəhəng komandaların Madrid təmsilçisi kimi rəqiblə üz-üzə gəlməyəcəyi səbəbindən rahat nəfəs aldıqları vurğulanıb.

Xatırladaq ki, "Atletiko" ÇL-in qrup mərhələsində "Qarabağ"la hər iki matçda  heç-heçə (0:0, 1:1) edib. Madrid klubu qrupu 3-cü pillədə tamamlayaraq mübarizəni Avroliqada davam etdirib.

Qeyd edək ki, "Atletiko" Avroliqanın 1/8 finalında "Lokomotiv"ə hər iki görüşdə qalib (3:0, 5:1) gələrək növbəti mərhələyə yüksəlib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın