Bravo millidən imtina etdi

Bravo millidən imtina etdi
XƏBƏR 16 Mart 2018 / 01:38 2763
-  A +

Klaudio Bravo daha Çilli millisində çıxış etməyəcək.

Qol.az-ın xarici KİV-ə istinadən yaydığı xəbərə görə, təcrübəli qolkiper millinin təlim-məşq toplanışına dəvət almasından narazıdır.

Bravo bildirib ki, onu yığmaya istəyinə qarşı olaraq dəvət ediblər. Halbuki o, qarşıdakı toplanışda iştirak etmirdi. İstəyinin nəzərə alınmamasına görə, Bravo millinin formasını geyməkdən imtina edib.

Qeyd edək ki, 34 yaşlı qapıçı ilə Çili Futbol Federasiyası arasında problem olduğu deyilir. Belə ki, federasiya rəhbərliyi Bravoya toplanış zamanı şəxsi məşqçisi ilə çalışmağa imkan verməyib.

 


Son xəbərlər